Radikal qüvvələr şikayətlərin ədalətlə araşdırılmasında yox, xaos yaratmaqda maraqlıdır - Aydın Quliyev
"Hələlik dörd seçki dairəsində nəticələrin ləğv edilməsi rəsmi qurumların konkret şikayətlərə laqeyd qalmadığını və səsvermə prosesində yol verilmiş pozuntuların qanuni araşdırılma mexanizmini işlədiyini aydın göstərir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, iştirak etmiş namizədlərin və bütünlükdə seçki ictimaiyyətinin pozuntu hallarının araşdırılacağı barədə şəxsən dövlət başçısından eşitdiyi mesajlardan doğru nəticə çıxardıqları göz qabağındadır:
"Prezident və MSK-nın bütün müraciətlərin qanuni formada araşdırılması üçün iradə nümayiş etdirməsi çox əhəmiyyətlidir və seçki prosesində yeni mütərəqqi istiqamətlər açmaq gücündədir. Şikayətlər əsasında konkret dairələrdə seçki nəticələrinin araşdırılması və müvafiq qərarların qəbul edilməsi sivil prosesdir və seçki ilə bağlı olan bütün sivil siyasi qüvvələrin mənafelərinə cavab verir. Bəzi seçki nəticələrinin qanuni araşdırılması ictimaiyyətin maraqlarını tam ifadə edir, Azərbaycanda hər hansı kənar təzyiqlərə yox, yalnız xalqın iradəsinə tam uyğun başladılmış proses kimi təzahür edir, Prezidentin hər bir vətəndaşın hüquqlarına təminatçı olduğu barədə Konstitusiya normalarının icra edildiyini göstərir və xalqın nəzərində seçki prosesinin legitimliyinin daha da möhkəmləndirilməsi məqsədinə xidmət edir. Seçki nəticələrinin obyektiv və ədalətlə araşdırılması bütün siyasi proseslərin ən ali ölçü meyarı sayılan xalqın ümumi etimad məsələsinə söykənir".
Ekspert bildirib ki, 9 fevral səsverməsindən sonra təkrar araşdırmalar formasında xalqın etimadına və tam legitimlik prinsipinə söykənən prosesin başlandığı göz qabağındadır və onun cəmiyyətin qənaətbəxş hesab etdiyi həddə qədər davam etdiriləcəyi şübhəsizdir: "Prezidentin bütün müqəssirlərin cəzalandırılacağı barədə Kürdəmirdə səsləndirdiyi bəyanat seçki nəticələrinə dair araşdırmaların yarımçıq qalmayacağına etibarlı təminat sayıla bilər.
Pozuntu və qanunsuzluq hallarının araşdırılması ilə eyni vaxtda radikal dairələrin rəsmi orqanlara güc vasitələri ilə təzyiqlər göstərmək taktikası məntiqsizlikdir, ziyanlıdır və lüzumsuzdur. Radikal qüvvələrin seçki ilə bağlı mitinqlər keçirmək səyləri cəmiyyətin gözləntilərinə uyğun deyil. Radikal mitinqlər seçkisonrası mübahisələrin gərəkli həll üsulu deyil. Cəmiyyət bəzi dairələr üzrə seçki mübahisələrinin həllində küçə-meydan aksiyalarına yox, rəsmi orqanların qanuni araşdırmalarına daha çox etimad göstərir. Mübahisələrin həlli üsulu kimi insanlar radikal ittihamçı mitinqlərə heç bir etimad göstərmədiyi üçün belə aksiyaların uğur şansı yoxdur. Seçkisonrası küçə aksiyalarına hətta rəsmi razılıq verildiyi halda belə, cəmiyyət tərəfindən əhəmiyyətli dəstək almaq imkanında olmadığı üçün uğursuzluğa məhkumdur".
Baş redaktor bildirib ki, seçkidən sonra kütləvi aksiyalar keçirməyə cəhd edənlər şikayətlərin sonadək ədalətlə araşdırılmasında yox, xaos yaratmaqda maraqlıdır. Xalq seçkidən sonra mitinq keçirmək istəyənlərin əsl hədəflərinin sabitliyi pozmaqla bağlı olduğunu həm keçmiş daxili, həm də beynəlxalq təcrübədən yaxşı bilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu





