“Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Qənbərovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb
"Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədri Miri Qənbərovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat etmişdir.
Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmiş, 1954-1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxumuş, 1959-1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil almışdır.
Miri Qənbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərmiş, 1961-ci ilədək "Azərittifaq"ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961-1978-ci illərdə "Azərittifaq"ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978-1979-cu illərdə yenidən "Azərittifaq"ın mərkəzi aparatında baş əmtəəşünas, 1979-1980-ci illərdə "Azərittifaq" İstehsalat İdarəsinin rəisi olmuş, 1980-1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981-1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982-1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.
Miri Qənbərov 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.
Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilmişdir.
Miri Qənbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan "Şöhrət" ordeni ilə, 2010-cu ildə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Əli Əsədov, Oqtay Əsədov, Samir Nuriyev, Şahmar Mövsümov, Natiq Əmirov, Eldar Əzizov imzalayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
XƏBƏR LENTİ
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması





