Ukrayna Parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərində keçirdikləri müşahidələrin nəticələrini açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, missiya nümayəndəsi Valeriy Kolyux bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri yüksək səviyyədə təşkil olunub: "Prosesə müxtəlif siyasi qüvvələrin və partiyaların təmsilçiləri qatılıb. Biz əhəmiyyətli pozuntu müşahidə etmədik. Yeganə problem deyərdim ki, hava şəraiti ilə bağlı idi. Lakin düşünürəm ki, bu bir o qədər də maneə törədmədi. Seçkilər, ümumiyyətlə, Azərbaycanın seçki məcəlləsinə uyğun keçirildi. Bizim ölkədə keçirilən seçki ilə müqayisə etsək, görərik ki, bu proses çox oxşardır".
Ukrayna Parlamentinin nümayəndəsi Vladimir Kreydenko isə yerli müşahidəçilərin aktivliyini qeyd edib: "Hər bir məntəqə üzrə onlar tərəfindən seçki siyahısında olan seçicilərin adları və iştirak edənlərin sayının qeydiyyatı aparılırıb.
Milli.Az