Siyasət

Türkiyənin XİN rəhbəri: "Son zamanlar İdlibdə Suriya rejiminin hücumları hər kəsi narahat edir"

6 Fevral 2020 13:20
0 Şərh     Baxış: 925

Son zamanlar İdlibdə Suriya rejiminin hücumları hər kəsi narahat edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu bildirib ki, İdlibəd Suryia rejiminin zücumu nətixəsimndə 2 minldən çox mülki şəxs öldürüldü".

O qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya və İranla üçlü formatda çoxsaylı görüşlər keçirilib: "Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarının dayandırılmasıdır. Bu istiqamətdə Rusiya ilə müzaikrələr aparırıq".

Türkiyə Xarici İşlər naziri qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonda müzamkirə aparıb: "Hazırda Rusiyadan Türkiyəyə bir nümayəndə heyətinin gəlməsini gözləyirik. Sonra prezilentlərin görüşü də ola bilər".

M.Çavuşoğlu nəzərə çatdırıb ki, İdlibdə atəşkəsi Suriya rejimi pozur: "Bizim səbrimizin də bir həddi var: "8 əsgərimiz şəhid ediləndə qarşılığını verdik. Suriya rejimi damyanmazsa, qat-qat artıq cavabını verəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.