Siyasət

MSK ikili vətəndaşlığı olan şəxsin namizədliyini ləğv etdi

5 Fevral 2020 16:49
Baxış: 1 316

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var. Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib. 

Qeyd edək ki, Rəşad Camalov Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğludur.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.