Siyasət

Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderlik edir

4 Fevral 2020 16:35
Baxış: 1 339

Azərbaycan 2020-ci il "Qlobal atəş gücü" (Global Firepower Index) reytinqində 138 ölkə arasında 63-cü yeri tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu nəticə ilə Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə lider ölkə olub.

Həmin reytinqdə Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, "Qlobal atəş gücü" reytinqi tərtib olunarkən 50 fərqli amil nəzərə alınır. Buraya aviasiya, zirehli texnika, hərbi-dəniz qüvvələrinin sayı və gücü, eləcə də təbii ehtiyatlar, insan ehtiyatları, nəqliyyat və logistika imkanları daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.