"Ermənistanı guya Azərbaycandan artıq demokratik ölkə kimi göstərmək planlarına "Milli Şura" dəstək verir" - Aydın Quliyev
Radikal "Milli Şura" partiyalarının Azərbaycanda demokratiya məsələlərinin mövcud səviyyəsinə ikili standartlarla işləyən müəyyən beynəlxalq qurumların rəyləri əsasında qiymət verməsi həmin partiyaların xaricdəki şübhəli əlaqələrini sübut edən tutarlı faktlardan biridir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, "The Economist Intelligence Unit" adlı beynəlxalq təşkilatın demokratik ölkələr arasında Azərbaycanın mövqeyi barədə proqnozlarına AXCP sədri Əli Kərimlinin yanaşmaları bu cəhətdən diqqəti cəlb edir: "Azərbaycanda demokratiya və insan haqları ilə bağlı tənqidi mövqe tutan bir-iki beynəlxalq təşkilatın anti-Azərbaycan siyasi mərkəzlər tərəfindən idarə olunduğu çoxdan sübut olunub. Onların bir sıra prinsipial mövzularda Ermənistanı guya Azərbaycandan yaxşı vəziyyətdə olan ölkə kimi təqdim etmək cəhdlərinin arxasında duran niyyətlər də məlumdur. Həmin beynəlxalq təşkilatlar Azərbaycandakı vəziyyəti təhrif etmək, əldə edilmiş uğurları gözdən salmaq və "Milli Şura" kimi radikal qurumların ölməkdə olan siyasi fəaliyyətinə yenidən can vermək məqsədi güdür. Azərbaycanda demokratiya ilə bağlı qərəzli və məqsədli rəy bildirən bəzi beynəlxalq təşkilatlar daxili siyasi vəziyyəti gərginləşdirməyi hədəfləyiblər".
A.Quliyev qeyd edib ki, xeyli sayda mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın inkişaf tendensiyalarına çox real qiymət verdikləri halda, Əli Kərimli və başqa "Milli Şura"çıların məhz antiazərbaycançıların rəylərinə lobbiçilik etməsi birmənalı nəticə çıxarmağa əsas verir. "Milli Şura"nın Azərbaycana ancaq neqativ yanaşan beynəlxalq mərkəzlərə etimad etməsi qətiyyən azərbaycançı mövqe sayıla bilməz: "Təhlillər göstərir ki, ölkəmizdəki demokratik prosesləri analiz edən məlum beynəlxalq təşkilatlar Azərbaycan xalqının iradəsini yox, öz maraqlarını əsas götürürlər. Belə olmasaydı, Milli Şura partiyalarının əsas götürdüyü bir - iki beynəlxalq tənqidi rəy dünyanın daha böyük və məşhur mərkəzlərinin rəyindən bu qədər fərqlənməzdi.
Ən bağışlanmaz hal odur ki, "Milli Şura"ya daxil olan partiya rəhbərləri Azərbaycanı Ermənistanla müqayisədə qərəzli şəkildə aşağılayan rəylərə bu qədər aludəçilik nümayiş etdirir. Proseslər özü sübut edir ki, ölkəmizdə inkişafla bağlı ən doğru rəylərin mənbəyi məhz Azərbaycan xalqı olsa da radikalların bu həqiqətə yox, saxta əcnəbi hesabatlara uyması psevdovətənpərvərlik nümunəsidir".
Ekspert vurğulayıb ki, Azərbaycan xalqı ölkəmizdə inkişaf prosesləri barədə tam fərqli və real düşüncədə olduğu üçün radikalların qərəzli ifrat mülahizələrinin təsiri altına düşə bilməz: "Ermənistanın son üç ildə guya avtoritarizmdən demokratik ölkəyə çevrildini iddia edən radikal "liderlər" əslində dünya erməniçilik ideyalarının daşıyıcılarına çevrilirlər. Ermənistanda davam edən siyasi qətl və təqiblərin görməzliyə vurulması Azərbaycan radikalları üçün tüğyan edən hakimiyyət hərisliyindən başqa bir şey deyil.
Bu gün Ermənistanın dünyada ən incə təbliğat hədəflərindən biri özünü Azərbaycandan artıq demokratik ölkə kimi tanıtmaqla işğalçı siyasətinə dolayı haqq qazandırmaqdır. Ermənistanın məntiqi budur - "Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün ermənilər Qarabağda azərbaycanlılarla birlikdə yaşaya bilməz". Beynəlxalq demokratik inkişaf reytinqlərində Azərbaycanı Ermənistandan aşağı tutmaq səyləri məhz ermənilərin bu planlarına xidmət etmək deməkdir. Bağışlanmaz haldır ki, Ermənistanı dünyada guya Azərbaycandan artıq demokratik ölkə kimi göstərmək planlarına ölkəmizdə "Milli Şura" kimi dəstək verən qurumlar tapılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər





