Siyasət

Azərbaycan rəsmiləri Türkiyəyə zəlzələ ilə bağlı yardım üçün danışıqlar aparırlar

25 Yanvar 2020 13:13
2 Şərh     Baxış: 1 878

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemləri həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.