Siyasət

AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

22 Yanvar 2020 14:14
Baxış: 1 013

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün yanvarın 22-dən 23-dək Azərbaycanda səfərdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar partiyaların rəhbərləri və nümayəndələri ilə görüşəcək.

Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri ilə, həmçinin KİV, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə danışıqlar aparılması da planlaşdırılır.

Nümayəndə heyəti səfərdən sonra bəyanat yayımlamağı planlaşdırır. Nümayəndə heyəti tam şəkildə seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.