Siyasət

AŞ PA nümayəndə heyəti sabah Azərbaycana gələcək

21 Yanvar 2020 15:57
0 Şərh     Baxış: 674

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti parlament seçkiləri ərəfəsində - 2020-ci il yanvarın 22-23-də seçki kampaniyası və siyasi mühitin dəyərləndirilməsi məqsədilə Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, Trend bu barədə AŞ PA-nın saytına istinadən məlumat verir.

Qeyd olunur ki, nümayəndə heyəti Bakıda Milli Məclisin sədri, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan və təmsil olunmayan partiyaların liderləri və nümayəndələri ilə görüşəcək.

Bundan başqa, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, KİV nümayəndələri, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə danışıqlar planlaşdırılır.

Qeyd edək ki, AŞ PA nümayəndə heyəti Azərbaycana tam tərkibdə fevralın 9-da seçkiləri müşahidə etmək üçün səfər edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.