Siyasət

MSK onun şikayətini təmin etmədi

19 Yanvar 2020 17:36
0 Şərh     Baxış: 910

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu seçki dairəsindən namizədliyini irəli sürmüş Nəzərbəy Hacıağayevin şikayətinə baxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaçı sənədlərini son gün Dairə Seçki Komissiyasına təqdim etsə də, müxtəlif bəhanələrlə qəbul edilmədiyini bildirib:

"Son gün, yəni, 10 yanvar tarixində sənədlərimi DSK-a təqdim etdim. Məndən işsizlik haqqında arayış tələb olundu. Bu, tam qanunsuz bir tələbdir. Nəticədə imza vərəqələrini 11 yanvar tarixində təqdim etdim və namizədliyim qeydə alınmadı".

Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.