Siyasət

934 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

11 Yanvar 2020 17:59
Baxış: 975

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, həmin şəxslərin 2354 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb.

1764 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 934 nəfər qeydə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.