Siyasət

Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib

24 Dekabr 2019 14:04
Baxış: 578

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın tərəqqisi naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.