Siyasət

Seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri - Saat 12:00 olan məlumat

23 Dekabr 2019 12:57
Baxış: 797

Bu gün keçirilən bələdiyyə seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 27,60 faiz olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 13,01% olub.

Qeyd edək ki, saat 12:00 olan məlumata görə, 4 milyon 972 min 356 seçicidən 898 542 nəfəri (18.07%) səsvermədə iştirak edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.