Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Obyektiv" Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmış "Ölüm hökmü-ömürlük cəza" sənədli filminin təqdimat mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, insan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxışında 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirin əhəmiyyətindən bəhs edən Ombudsman Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai həyatın bütün sahələrində olduğu kimi, insan hüquq və azadlıqlarının təmini, hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən cəza-icra siyasəti sahəsində kompleks siyasətin əsasının qoyulduğunu diqqətə çatdırıb. Ümummilli Liderin humanizm siyasəti nəticəsində 128 nəfər barəsində ölüm hökmünün icrasına moratorium qoyulmasının, daha sonra bu cəza növünün ləğv edilməsinin önəmindən bəhs olunub. Bildirilib ki, bu qərarlar insana və onun hüquqlarına verilən dəyərin göstəricisidir.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idarəçiliyinin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması və səmərəli idarəetmənin təşkili, çoxsaylı əfv təşəbbüsləri Ombudsman tərəfindən xüsusi diqqətə çatdırılıb.
Ombudsman hüquq pozmalarla bağlı səbəb və şəraitin öyrənilməsi, çəkindirici, preventiv tədbirlərin həyata keçirilməsi işinin genişləndirilməsini və bunun hər bir qurumun fəaliyyətində prioritet olmasını qeyd edib.
Ombudsman Səbinə Əliyeva çıxışının yekununda ictimai əhəmiyyət kəsb edən filmin hazırlanmasına dəstək vermiş hər kəsə təşəkkürünü bildirib, dövlət qurumlarını, vətəndaş cəmiyyəti təsisatlarını əməkdaşlığa dəvət edərək birgə görüləcək işlərin insan hüquqlarının etibarlı təmininə, ölkəmizdə həyata keçirilən islahatlara mühüm töhfə verəcəyini vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı





