Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".
Milli.Az