Deputat: Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması neft sektorundan asılılığı sıfıra endirəcək
Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə ölkədə son illər həyata keçirilən islahatlar öz müsbət nəticəsini verib: "Sosialyönümlü islahatlara, yəni 4 milyondan çox insanın pensiyasının, əməkhaqqının, müavinətlərinin artırılması istiqamətində qərarların qəbul olunmasına və dövlət büdcəsindən milyardlarla manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, inflyasiya 2,5 faiz həddini keçməyib. Hazırda ölkə iqtisadiyyatının da sürətlənməsi prosesi başlanıb. Dövriyyələrin qismən "kölgədən" çıxması büdcəyə və büdcədənkənar fondlara daxilolmaların artımına və iş yerlərinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Təkcə 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb ki, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Bütövlükdə, ölkədə əlverişli investisiya mühiti formalaşıb. Bu, həm də Azərbaycanın neft sektorundan asılılığın sıfıra enməsinə gətirib çıxaracaq.
Artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Məsələn, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib".
Deputat vurğulayıb ki, bütün bunlara rəğmən iqtisadiyyatın qeyri-neft sektoruna həm xarici, həm də yerli investisiyaların cəlb edilməsi səviyyəsi qənaətbəxş deyil:
"Görülən işlər və islahatlar nəticəsində büdcə imkanları, o cümlədən dövlət investisiya xərcləri artsa da, iqtisadi artımın və ÜDM-nin göstəriciləri bu dinamikanı tam əks etdirmir. İqtisadiyyatın müxtəlif sektorlarında inhisarçılıq elementləri mövcuddur.
Dayanıqlı iqtisadi artıma nail olmaq məqsədi ilə yeni iqtisadi proqram hazırlanmalı, iqtisadi model işlənilməlidir. Bu istiqamətdə artıq Nazirlər Kabinetində iş gedir. Yeni iş yerlərinin yaradılması dinamikasını təmin edən iqtisadi artımın templəri qorunub saxlanılmalı, ölkənin bundan sonra da dayanıqlı inkişafı təmin edilməlidir".
A.Hüseynov əlavə edib ki, əhalinin real gəlirləri, əməkhaqları, pensiya və müavinətlər, birdəfəlik sosial yardıma yönəldilən vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb:
"Bu nailiyyətlər qorunmalı, eyni zamanda, bu tendensiyanın davam etdirilməsi məqsədi ilə müvafiq strukturlarla ahəngdar və koordinasiyalı şəkildə fəaliyyət təmin edilməlidir. Bunun üçün artıq Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin yenilənmiş strukturuna daxil edilib. Bu da ölkə iqtisadiyyatının gücləndirilməsinə xüsusi töhfə verəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar





