Prezident İlham Əliyev: "Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir"
"Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi".
Milli.Az AZƏRTAC-a sitinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib: "Biz dəfələrlə görüşmüşük. Bu görüşlərin hamısı sizin şirkət və Azərbaycan arasında uğurla inkişaf edən tərəfdaşlığın irəliyə doğru aparılması baxımından faydalı olub. Bilirəm ki, burada həyata keçirmək üçün çoxlu planlarınız olub və bütün planlarınızı reallaşdırmısınız. Sizin şirkətlə hakimiyyət orqanları arasında əməkdaşlıq çox yaxşı səviyyədədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sizin üçün yaxşı tərəfdaşdır. Bildiyiniz kimi, biz gələcəklə bağlı planlarımızı, Azərbaycanın müasirləşdirilməsi, informasiya texnologiyaları sektorunun inkişafı ilə bağlı planlarımızı dəfələrlə müzakirə etmişik. Xüsusən də indi, yəqin ki, siz eşitmisiniz, biz hazırda çox aktiv transformasiya mərhələsindəyik. Struktur islahatları, siyasi, iqtisadi islahatlar, məsuliyyətin gücləndirilməsi ilə bağlı tədbirlər, şəffaflıq - bütün bunlar hamısı ölkəyə böyük faydalar gətirir, həm siyasi, həm də iqtisadi.
Əlbəttə ki, iqtisadiyyatımızın rəqəmsallaşdırılması hazırda bizim gündəliyimizdədir. Bu yaxınlarda Prezident Administrasiyasında aparılan struktur islahatlarından sonra bizim müxtəlif hökumət strukturlarının bu sahədəki fəaliyyətlərini koordinasiya edəcək və özəl sektorun inkişafını asanlaşdıracaq innovasiya departamentimiz var. Biz hazırda həqiqətən çox vacib beynəlxalq platformaya çevrilən "Bakutel" sərgisinin açılışı ərəfəsindəyik. Bu, təkcə sərgi və bu sahədəki əsas şirkətlərin nailiyyətlərinin təqdimatı deyil, həm də işgüzar əlaqələrin gücləndirilməsi baxımından imkandır. Mən ənənəvi olaraq, "Bakutel" sərgisində iştirak edirəm, ilk növbədə, bu məsələnin inkişafı ilə bağlı hökumətin mövqeyini göstərmək baxımından. İkincisi də, bir il ərzində hansı yeniliklərin olduğunu görmək baxımından da mənim üçün maraqlıdır. Çünki zaman çox sürətlə keçir. Bu sektorda dəyişikliklər zamandan da sürətlə baş verir".
Daha sonra Prezident İlham Əliyev ölkədə keçirilən Formula 1 yarışlarından danışaraq bildirib:
"Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı yarış lap əvvəldən həqiqətən də cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula 1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
-
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
-
Prezident İlham Əliyev Ciorcia Melonini təbrik edib - (Foto)
-
Azərbaycan və Ermənistan cəmiyyətləri sülhü getdikcə daha aydın hiss edir - ATƏT PA prezidenti
-
ATƏT Azərbaycanla dialoqu seçir: Bəzi Avropa institutlarının ayılma vaxtı çatdı...
-
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
XƏBƏR LENTİ
-
Xalq artisti görüntüsü ilə mat qoydu - (Video)
-
Ən sağlam doğrama taxtası bəlli oldu
-
Çiçəklərin dibinə yarım stəkan tökün: Küsən çiçəyi canlandırır
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
-
Toyda bəyin dostlarının zarafatı müzakirə yaratdı – (Video)
-
Ağardıcıdan min dəfə təsirli: 1 çay qaşığı kifi öz-özünə təmizləyir
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı – böyük sənət bayramı ərəfəsində (Foto)
-
Eyni ərazidə oxşar ev, amma kəskin qiymət fərqi, səbəbi nədir? - (Video)
-
Abşeronun bəzi ərazilərində işıq olmayacaq
-
Şahbuzda ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
-
Günün qoroskopu: Sevgi həyatınızda gözlənilməz sürprizlər ola bilər
-
"Qalatasaray" səfərdə "Başakşehir"i məğlub etdi - Türkiyə Superliqası
-
Mehdiabad yolunda sıxlığın azaldılması üçün yeni layihə - (Video)
-
Daha 535 ev “Güzəştli mənzil” sistemi vasitəsilə satıldı
-
İnsanlar nə vaxt öləcəklərini təxmin edə bilir, amma bir böyük səhvlə
-
Zelenskinin ofisində axtarış aparıldı
-
Pay torpaqları vətəndaşlardan alınacaq?
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır
-
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
-
Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)
-
Burak Yörükün toy fotoları 3 ay sonra yayıldı - (Foto)
-
UEFA "Fənərbağça" – "Lion" matçının cəzasını açıqladı
-
Azərbaycanlı kurator Züleyxa İbad Berlin Art Week 2026 çərçivəsində “Familiar Strangers” sərgisini təqdim edəcək - (Foto)
-
Azər Zahidin qızları - (Video)





