Maraqlı

Ən sağlam doğrama taxtası bəlli oldu

5 Sentyabr 2026 04:04
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mətbəxlərdə demək olar ki, hər gün istifadə edilən doğrama taxtaları ilə bağlı diqqətçəkən bir araşdırma aparılıb. Taxta və plastik doğrama taxtalarının müqayisə edildiyi araşdırmada taxta olanların gigiyena baxımından daha avantajlı olduğu ortaya çıxıb.

Milli.Az xəbər verir ki, xüsusilə plastik taxtalarda zamanla yaranan bıçaq izləri bakteriyaların tutuna biləcəyi sahələr yaradır. Həmçinin doğrama zamanı səthdən mikroplastik hissəciklərin qoparaq qidalara qarışa bilər.

Fraye Universitetinin (Berlin) tədqiqatçıları taxta və plastik doğrama taxtalarını müqayisə ediblər. Araşdırmada "E. coli" bakteriyasının taxta səthdə daha sürətli azaldığı görülüb. Evlərdə istifadə edilən 100 doğrama taxtasının incələndiyi başqa bir tədqiqatda da plastik taxtalardakı ümumi bakteriya səviyyəsinin taxta taxtalarla müqayisədə daha yüksək olduğu müəyyən edilib. 

Plastik doğrama taxtalarında bıçaq zərbələri ilə çox kiçik plastik hissəciklər səthdən ayrıla bilir. Araşdırmalar istifadə tezliyindən və kəsmə biçimindən asılı olaraq bu hissəciklərin qidalara keçə bildiyini ortaya qoyur. Mütəxəssislərə görə, hansı materiala üstünlük verilməsindən asılı olmayaraq, taxtanın yaxşı təmizlənməsi və tamamilə qurudulması vacibdir. Dərin bıçaq izləri yaranan taxtaların dəyişdirilməsi, eləcə də çiy ət və tərəvəzlər üçün ayrı doğrama taxtalarının istifadə edilməsi çarpaz yoluxma riskini də azaldır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.