Maraqlı

Çiçəklərin dibinə yarım stəkan tökün: Küsən çiçəyi canlandırır

5 Sentyabr 2026 03:03
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ev ən gözəl nöqtəsində yerləşdirilməsinə baxmayaraq, ara-sıra çiçəklər küsür, yarpaq saraldıb çiçək açmağı dayandırır. Əksər hallarda əhəngli kran sularının zərərli təsirlərindən qaynaqlanan bu solma prosesini tərsinə çevirmək isə zənn edildiyi qədər çətin deyil. Bitki mütəxəssislərinin tövsiyə etdiyi təbii mineral su tövsiyəsi ehtiva etdiyi zəngin minerallarla salon bitkilərini kökündən ucunadək qidalandırıb qısa müddətdə köhnə canlılığına qovuşdurur.

Milli.Az xəbər verir ki, çiçəklərinizi mineral su ilə canlandırarkən edilən ən böyük səhv şüşəni açan kimi qapağından dibçəyə boşaltmaq olur. Bitki köklərinin minerallardan tam faydalana bilməsi üçün diqqət yetirilməli olan kritik addım aşağıdakı kimidir:

Mineral suyu ağzı açıq bir qaba boşaldın və turşusunun tamamilə getməsi üçün 2 gün ərzində dincəlməyə qoyun. Turşusu getmiş və otaq temperaturuna düşmüş təbii mineral sudan dibçəyin dibinə sadəcə yarım stəkan tökmək kifayət edir. Bu qidalandırıcı əlavəni iki ayda bir təkrarlamaq bitki köklərinin ehtiyacı olan bütün mineral balansını təmin edir.

Günəş işığına və su seçiminə diqqət edin
Mineral su əlavəsi ilə yanaşı, çiçəklərin yerləşdirilməsi də həyati əhəmiyyət daşıyır. Bitkilərin kifayət qədər işıq ala bilməsi üçün cənub və ya qərb istiqamətinə baxan pəncərələrin yaxınlığına qoyulması tövsiyə olunur. Həmçinin əhəng səviyyəsi yüksək kran suları əvəzinə içməli sudan istifadə etmək küsən çiçəklərin yenidən açmasını təmin edən ən əsas qaydalar sırasındadır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.