Mühacirətdə olan müsavatçı Arif Hacılının istefasını tələb etdi
Avropada ciddi mənada səs küy yaradan, əslində isə Azərbaycanda əksər radikalların içində olduğu üçün əksər siyasətçilər tərəfindən bilinən "siyasi mühacir" biznesi qalmaqalından sonra Müsavat Partiyasında etiraz səsləri eşidilməkdədir.
Belə etirazçılardan biri də tez-tez Sevinc Osmanqızının "YouTube" kanalında canlı yayıma siyasi şərhçi kimi çıxan Ramiz Yunusdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalist Oqtay Hacımusalı deyib. Onun sözlərinə görə, Ramiz Yunus saxta sənəd və miqrant alverində Müsavat Partiyasının rəhbərliyini ittiham edəndən və konkret olaraq Arif Hacılını bu məsələlərə açıqlıq gətirib istefa verməyə çağırandan sonra Arif Hacılı da R.Yunusa qarşı ciddi ittihamlar səsləndirib:
"Arif Hacılının ittihamlarına görə Razmik Baqdasaryan (Ramiz Yunus - red) 2000-ci ildə ABŞ-a mühacirətə getməmişdən qısa bir müddət öncə Müsavata üzv olub və bu da onun nə qədər saxtakar birisi olduğunun göstəricisidir. Cavabında isə Razmik Arif Hacılının ağ yalan danışdığını, hətta Müsavat Partiyasının mebellərini belə özünün düzüb qoşduğunu bildirib və sual edib ki, o zaman indiki Müsavat sədri harada olub? Arif Hacılı isə həmin dövrlərdə Razmikin partiyanın quruluşunda iştirak etmədiyi konusunda israr edib və ona bu yalanları gənclərə danışmasını tövsiyə edib".
Daha sonra jurnalist qeyd edir ki, əgər bir partiyanın adı siyasi mühacir qalmaqalında hallanırsa, ortada sənədlər varsa, birinci növbədə partiya rəhbərliyi kimlərəsə cavab vermək yerinə, içində bu prosesi araşdırıb günahkarları tapmalıdır:
"Hamı bilir ki, Razmik bu yaxınlarda keçirilən Müsavatdakı başqan seçimlərində Əli Kərimliyə və "Milli Şura"ya yaxın olan Tofiq Yaqublunu dəstəkləyirdi və bu gün onun və Əli Kərimlinin kurasiyasında mutasiyaya uğramış digər Müsavatçıların Arif Hacılıya qarşı gəlmələri normal bir prosesdir. Burada Müsavat rəhbərliyinin vəzifəsi yuxarıda da qeyd etdiyim kimi proseslərə obyektiv yanaşaraq Müsavat AKM də və eyni zamanda, partiya daxilində kimlərin bu işlərlə məşğul olduğunu axtarıb tapmaqdır. Qaldı ki Arif Hacılının son hadisələrdə dözümsüzlük nümayiş etdirməsinə, bu, yeni bir şey deyil. Radikal müxalifətin bütün qanadlarında bolşevik təfəkkürlü kripto komsomollar başda olduğuna görə bu hal anlaşılandır".
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin qanunsuz "mühacir alveri"nə görə saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





