Müxalifətin "mühacir alveri" şəbəkəsi ifşa olunsa, hüquqi məsuliyyəti çoxları paylaşacaq
Mühacir biznesinin tarixini çox da yeni saymayın. 12 il öncə müxalifət düşərgəsi ilə yaxından-uzaqdan əlaqəsi olmayan və TV-lərdən birində texniki işçi kimi çalışan tanışım müxalifət partiyasının biletini almaqda ona yardım etməmi istəyəndə daş atıb başımı tutmuşdum. Deyirdi ki, dostu qısa müddət içində pulla alıb və o əsasla ailəsi ilə Almaniyada yaşayır. "Sən nə danışırsan?", "heç vaxt ola bilməz", "Nizamnamə nəyi necə tələb edirsə elə olmalıdı, başqa yolu yoxdur" deyib, müxalifətçilərə böhtan atdığına görə haqqında ağır danışmışdım. Heç tövrünü pozmadan gülə-gülə demişdi ki, əsəbləşmə, adam tapıb 2 saata Müsavatın vəsiqəsini alım, onda danışarıq. Dediyini eləmişdi. 2 saata, 2 aya bilmirəm, amma sonda "müsavatçı" oldu, Almaniyaya köçdü.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalist Aygün Muradxanlı deyib. O vurğulayıb ki, Müsavat Partiyası belə boşaldıldı, bu alver partiyanın nüfuzunu yerlərə düşürtdü, mühacir biznesi bu haqda danışanların üzərinə trol sürüsü salına-salına çiçəkləndi, mitinqlər təzə "bazar dalğası" yaratmaq üçün keçirildi. Partiya rəhbərliyi isə burnunu yuxarı tutub ali ideyalardan dəm vurdu:
"Mühacir həyatının çətinlikləri, əzabları sözə gəlməz. Doğma söz eşitməyib doğma üz görməməkdən insanların necə depressiyaya düşdüklərini dəfələrlə görmüşəm. Vətəndə gələcək görməyib Avropaya sığınanların çoxu psixoloji travmalarla ömür sürür. Övladlar dəyişir, nəsillər arasında əlaqə itir. Bəlli yaşdan sonra Avropanın sərt qanun-qaydası ilə yaşamaq asan gəlməsin".
Jurnalist qeyd edib ki, əsas məsələ saxta müxalifət vəsiqələrinin satılmasıdır: "Özünü müxalifət lideri adlandıran şəxslər buna görə illərini müxalifət düşərgəsində keçirib vəsiqə ala bilməyən, tamamilə təsadüfi insanların vəsiqə almasına üsyan edən gerçək müxalifətçilər qarşısında mənəvi məsuliyət daşıyırlar.
Bu şəbəkə ifşa olunsa, hüquqi məsuliyyəti çoxları paylaşacaq. Avropaya bir partiya bileti ilə gedilmir ki?.. O bileti alanlara 40-50 dollarlıq vizaları kimlər 3000 dollara düzəldir, səfirlik dəllalları kimlərdir, hansı turizm şirkətləri qapısına "Bodrum, Antalya, Roma..." yazıb Avropaya mühacirdaşıma zəncirində bir halqa olmağı seçib, Avropa ölkələrinin miqrant idarələrində kimlər bu saxta sənədləri nə qədər rüşvət qarşılığında qəbul edir? Suallar çoxdur. Tələb təklif formalaşdırıb, avroplılar da hər zamankı kimi yeni biznes növləri kəşf ediblər. Tərəfdaşları da müxalifət partiyalarının rəhbərliyi. Bunun adı dava satmaqdır. Çox ağır ittihamdır".
Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





