Almaniyada Azərbaycandan miqrant daşıyan dəstə aşkarlandı. Tutulanların əksəriyyəti "müsavatçılar"dır - SİYAHI
Dünən Almaniyanın federal plolisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.
Milli.Az Spiegel-ə istinadən bildirir ki, Aşağı Saksoniya, Bremen, Şlezviq-Qolşteyn, Hessen, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Pfalts əyalətlərində genişmiqyaslı reydlər keçirilib.
38 ev, mənzil və kommersiya obyektlərində axtarışlar aparılıb. Osnabrük prokurorunun adından verilmiş axtarış orderinə görə, mütəşəkkil dəstə Şərqi Avropa və postsovet məkanı ölkələrindən Almaniyaya qanunsuz olaraq miqrantları daşımaqda suçlanır.
Milli.Az-a bu xəbəri Hannover şəhər federal polis idarəsində də təsdiqlədilər.
Genişmiqyaslı reydlərdə 510 federal polis iştirak edib. Aparılmış axtarışlarda sənədlər, informasiya daşıyıcıları, noutbuklar, fləş-kartlar, böyük məbləğdə nağd pul və odlu silah aşkarlanıb.

İlkin məlumatlara görə, şəbəkə Almaniyada yaratdığı agentlik vasitəsilə Şərqi Avropa və postsovet ölkələrindən cəlb etdikləri şəxsləri qanunsuz, ucuz işçi qüvvə qismində yerli şirkətlərə "satırmış". Cinayətkarlar həmin miqrantlara Avropa Birliyi ölkələrinin saxta pasportlarını veriblər, onları dövlət qurumlarında və sığorta şirkətlərində qeydiyyata aldırıblar. Miqrantların hamısı Almaniyaya turist vizası ilə gətirilib.
Şəbəkə ucuz işçi qüvvə qismində satdığı miqrantlar üçün iş yerlərinin yaxınlığında sığınacaqlar da təşkil edibmiş.
Şimali Reyn-Vestfaliya və Hessendə 180 federal polisin apardığı əməliyyatda Almaniyaya sığınmış Azərbaycan vətəndaşı saxlanılıb. Köln, Düsseldorf, Frankfurt-Mayn və Visbaden şəhələrində 13 azərbaycanlının evində axtarışlar aparılıb.
Koblens şəhərində iki azərbaycanlının həbsinə order verilib. 8 nəfərə qarşı isə ittiham hazırlanır. Bu adamların ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edilirlər.

Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.
Obyektlərdə aparılan yoxlamalar zamanı çox sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.
Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar, eyni zamanda ümumilikdə 21 min avro nağd pul maddi sübut kimi götürülüb.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını 3 min və 10 min avro qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər.

Həbs edilənlərdən Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində "Leqat" inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.
2003-cü ildə Azərbaycandan gedərək Almaniyadan sığınacaq alan M.Xəlilbəyli isə ötən illər ərzində qanunsuz "miqrant alveri" ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olub.
Tutulan şəxslərin ilkin siyahısı belədir:
1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - "Legat" İnteqrasiya Mərkəzinin sədri
6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü
7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir.
Saxlanılanların hamısı ən azı 6 ay istintaq təcridxanasında olacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko





