Siyasət

ABŞ qondarma "erməni soyqırımı"nı tanıyır: indi nə olacaq? - SUALLARA CAVABLAR

30 Oktyabr 2019 13:39
43 Şərh     Baxış: 5 581

ABŞ Konqresinin Nümayəndələr Palatası (House of Representatives) qondarma "erməni soyqırımı"yla bağlı qətnamənin layihəsinə baxıb. 296 saylı Layihənin səsə qoyulacağı gözlənilir. Layihəni Demokrat konqresmen Adam Şiff (Adam Schiff) irəli sürüb. Onun təşəbbüsünə 70-ə yaxın və tam əksəriyyəti ABŞ Demokrat Partiyasının mənsubları olan konqresmenlər qatılıblar.

Zaman təsadüfi seçilməyib.

Dünən oktyabrın 29-u, Türkiyə Cümhuriyyətinin 96-cı il dönümü və eyni zamanda Zəngilanın Ermənistan tərəfindən işğalının 26-cı ili idi.

Qətnamə səsə qoyulanda ölkəmizdə gecə idi.

Üstəlik, durumun ən vahim tərəflərindən biri də budur ki, ABŞ-da yaşayan azərbaycanlı və türk mühacirlər arasında erməniləri dəstəkləyənlər də var.

Birləşmiş Ştatlardakı erməni icmasının nüfuzlu fiqurarından olan Simon Mağakyan Twitter-dəki mikrobloqunda da paylaşıb. O, adlar çəkməsə də, artıq ilkin məlumatlar var. Belə ki, qondarma "erməni soyqırım" layihəsinin ABŞ Konqresi tərəfindən rəsmən tanınmasına yönəlmiş erməni təbliğat kampaniyasına 16 azərbaycanlı və 82 türk dəstək verib.

Ermənilərin iddiaları belədir və istənilən halda, məlumat yoxlanmalı, dəqiqləşdirməli, belə adamlar varsa, onların kimlikləri açıqlanmalıdır.

Birləşmiş Ştatlardakı erməni icmasının mənsublarının dediklərinə görə, həmin azərbaycanlılarla türklər "Azərbaycan və Türkiyədə insan haqları ilə bağlı vəziyyətə etiraz edərək belə addım atıblar".

Ermənilər həmin adamlara minnətdarlıq edirlər.

Gərçi iddialar doğrudursa, o adamların qərarlarının, sadəcə, bir adı var - millətə və dövlətə xəyanət. Onların addımlarına heç bir formada ideoloji, siyasi və ya mənəvi haqq qazandırmaq mümkün deyil.

Bu, ən yumşaq halda bisavadlıq və maymaqlıq, ən real halda isə, sadəcə, şərəfsizlikdir. Çünki həmin adamlar Azərbaycanla Türkiyəyə qarşı ən ağır cəza sanksiyalarının tətbiqini arzulayırlar.

Qayıdaq ABŞ Konqresinin Nümayəndələr Palatasındakı səsverməyə.

Aşkar ermənipərəstlikləri ilə tanınan, Ermənistanla yanaşı, Dağlıq Qarabağdakı terrorçu xuntanı da "müstəqil dövlət" hesab edən konqresmenlər Adam Şiff və Qus Bilirakisin hazırladıqları qətnamə layihəsi səsə qoyularkən 405 konqresmen sənədin lehinə səs verib, 11 konqresmen bitərəf qalıb.

Bu ilin aprel ayının əvvəlində hazırlanmış 296 saylı qətnamə layihəsi Nümayəndələr Palatasında təsdiqlənib və Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendeslə Texas ştatından olan respublikaçı senator Ted Kruz qətnamənin Senatda da qəbul olunmasına çalışacaqlar.

Menendes-Kruz dueti təsadüfən formalaşmayıb.

Robert Menendes ABŞ-ın şərq, Ted Kruz isə cənub və qərb bölgələrindəki erməni diaspor təşkilatlarından "ianə" və "lobbi fəaliyyətinin dəstəklənməsi" adı ilə sürəkli olaraq, külli miqdarda maliyyə vəsaiti alan şəxslərdir. Eyni zamanda, onlar nüfuzlu senatorlar sayıldıqlarından erməni diasporu məhz sözügedn duetə stavka edərək "soyqırım" qətnaməsinin Senatda təsdiqlənməsi üçün təbliğat, lobbinq və təşviqat prosesinə start veriblər.

296 saylı qətnamədə "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin məruz qaldıqları soyqırımın inkarının tanınmaması, ABŞ hökuməti tərəfindən erməni soyqırımının rəsmən tanınması, belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısının alınması üçün tanınmanın vacibliyi" vurğulanır.

Sadəcə, söz yığınıdır. Məqsəd tanınma prosesindən sonra ermənilərin Türkiyəyə qarşı təzminat və ərazi iddialarını qanuniləşdirməkdir.

"Erməni soyqrımının" tanınmasını nəzərdə tutan qətnamə layihəsi ilə iş bitmir.

Dünən Konqresin Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsini də qəbul edib.

4695 saylı qətnamə Rusiyadan S-400 zenit-raket sistemləri aldığına və Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladığına görə Türkiyənin dövlət adamlarına, siyasətçilərə və maliyyə sektoruna qarşı sanksiyaları nəzərdə tutur.

Daha konkret olsaq, Türkiyənin yüksək mənsəbli dövlət xadimlərinin, o cümlədən müdafiə nazirinin ABŞ-dakı bütün bank aktivlərinə həbs qoyulmasını, "Halk Bankası"na ("HalkBank") qarşı sanksiyaları ehtiva edir.

Sənəddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun ailə üzvlərinin ABŞ-dakı bütün aktivlərinə həbs qoyulması ilə bağlı Konqresə təcili məlumatların verilməsi tələb olunur.

Qətnamə Senatda təsdiqlənməli, sonra imzalanmaq üçün ABŞ prezidentinə verilməlidir.

Terrorçulara "hədiyyə"

Terrorçu PKK təşkilatına 1990-cı ildə qoşulan, Abdulla Öcalanın "mənim mənəvi oğlum" adlandırdığı, PKK-nın Suriyanın şimal-şərqindəki qolu olan "Yekineyen Parastina Gel" (YPG) terror qruplaşmasının rəhbəri, "Suriya Demokratik Qüvvələrinin" baş komandanı, "Məzlum Abdi" kimi tanınan Fərhad Abdi Şahinin Twitter-dəki akkauntu rəsmi akkaunt kimi tanındı, "mavi ulduz" aldı.

Yəni ABŞ Dövlət Departamentinin siyasi kursuna qarşı çıxmağa cürət etməyən Twitter, şübhəsiz ki, Ağ Evdən alınan "məsləhət"dən sonra belə addım atıb.

Abdinin akkauntuna "mavi ulduz" verilməsi Twitter-in onu "məşhur və nüfuzlu şəxs" qismində tanıması ilə yanaşı, Birləşmiş Ştatların PKK-nı və YPG-ni özünə müttəfiq elan etməsi kimi anlaşıla bilər.

ABŞ-ın PKK-nı rəsmən terror təşkilatı qismində tanımasına rəğmən.

Türkiyəyə qəzəb

Qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi Nümayəndələr Palatasında müzakirə olunarkən ermənipərəst konqresmen Bred Şerman çıxış edib.

Onun nitqi simvolik olduğundan əsas hissəni təqdim edirəm.

"ABŞ, əslində, belə sənədi çoxdan qəbul etməliydi. Amma bizə həmişə deyirdilər ki, Türkiyə ilə böyük ittifaqı və strateji müttəfiqliyi nəzərə alaraq bunu etməməliyik. Böyük ittifaq? Bu münasibətlər Türkiyə üçün böyük ittifaq idi. Biz onları kommunizmdən müdafiə etdik. Sovet İttifaqından qoruduq. Onlara 23 milyard dollar həcmində yardım etdik. İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaranmasının səbəbkarı da bizik. Lakin həqiqət budur ki, 1915-1923-cü illərdə Türkiyədə 1,5 milyon erməni qətlə yetirilib, soyqırım törədilib. Bu, 20-ci əsrin ilk soyqırımı idi. Bu soyqırımın baş verməsinə, törədilməsinə əsla şübhə yoxdur. Amerikanın ləyaqətindəki ləkəni silmək üçün bu soyqırımı tanımaq zamanı gəlib. Almaniya da İkinci Dünya Müharibəsi illərində yəhudilərə qarşı soyqırım törədib, bunu etiraf edib. Almaniya inkişaf etmiş, güclü və demokratik ölkə oldu. Türkiyə soyqırımı danmağa davam edir. Üstəlik, soyqırımın müzakirəsini yasaqlayan qanun qəbul edib. Bu gün soyqırımı tanımaq üçün əlverişli gündür. Əslində, bunu çoxdan etməliydik. Bundan sonra hər ilin aprelində erməni soyqırımından danışmalıyıq. Və onda Amerika soyqırımı tanımış digər ölkələrin yanında olacaq", - Şiff deyib.

Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu amerikalı konqresmenlərin qərarını "siyasi məqsədlərə çatmaq üçün tarixin saxtalaşdırılmasından sui-istifadə cəhdi" adlandırıb.

Rəsmi Ankaranın konqresmenlərin demarşına cavab olaraq ABŞ-dakı səfirini geri çağıracağı gözlənilir.

İlk dəfə

296 saylı qətnamənin qəbulu gözlənildiyindən də sürətli olub.

Bazar ertəsi Nümayəndələr Palatasının Reqlament Komitəsində təsdiqlənən sənədi həmin komitə sonradan Palatada səsverməyə çıxarıb. Adi hallardakı prosedurun pozulması olub: belə ki, erməni diasporunun istədiyi kimi, sənədə hər hansı düzəlişlər edilməsinə imkan verilməyib.

Qətnamə layihəsinin lobbinqi ilə ABŞ-dakı erməni diasporunun iki ən böyük təşkilatı olan "Amerika Erməni Milli Komitəsi" (Armenian National Committee of America, ANCA) və "Amerika Erməni Assambleyası" (Armenian Assembly of America, AAA) məşğul olublar.

Onları ilk dəfə olaraq Birləşmiş Ştatlardakı yəhudi diasporunun iki ən nüfuzlu təşkilatı - Amerika Yəhudi Komitəsi (American Jewish Joint Distribution Committee, JDS) və Antidiffamasiya Liqası (Anti-Defamation League, ADL) dəstəkləyib.

Demokrat Partiyasından olan konqresmenlərin çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında iclas başlayan kimi 296 saylı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, demokrat konqresmen Eliot Engel və komitədəki respublikaçı konqresmenlərin lideri Maykl Makkol, habelə Kaliforniya ştatından seçilmiş konqresmenlər, bir-birlərinə sərin münasibətdə olan Devin Nunyes və Adam Şiff sənədin qəbul olunmasının "vacibliyini" vurğulayıblar.

Onların hər ikisi aşkar ermənipərəstlərdir. Lakin demokrat A.Şiff Nümayəndələr Palatasının kəşfiyyat məsələləri komitəsinin sədrinin və prezident Donald Trampın impiçmenti çərçivəsindəki araşdırmaların faktiki rəhbəridir.

Respublikaçı D.Nunsey isə əksinə, Trampı tam dəstəkləyir.

Müzakirələr ərəfəsində erməni diasporu konqresmenlərə ultimatum da ünvanlamışdı.

AAA-nın Qərb istiqamətinin direktoru Miqran Tumacyan demişdi: "Konqres üzvlərinə xəbərdarlıq edirik: əgər kimsə Ankaranı dəstəkləsə, o adamı unutmayacağıq və o adama amerikalı ermənilər səs verməyəcəklər".

ANCA-nın Qərb istiqamətinin sədri Armen Saakyan isə belə söyləmişdi: "Konqresmenlərlə senatorlar bizim onlara etdiklərimizi unutmasınlar və edə biləcəklərimizi də təxminləsinlər".

Donald Tramp da daxil olmaqla, ABŞ prezidentləri indiyədək 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış hadisələri "böyük faciə", "qırğın" adlandırır, amma qondarma "erməni soyqırımı"nı tanımaqdan boyun qaçırırdılar.

İndiki "tanınma" isə Türkiyənin Suriyanın şimal-şərqində apardığı antiterror əməliyyatlarının və Rusiya ilə münasibətlərin Vaşinqtonu həddən ziyadə qıcıqlandırması ilə bağlıdır.

ABŞ-dakı 50 ştatdan 49-u qondarma "erməni soyqırım"ını tanısa da, federal səviyyədə qərar yoxdur.

İndi nə olacaq?

Qondarma "erməni soyqırımı"nın Nümayəndələr Palatasında tanınmasının sırf simvolik qərar olduğu vurğulanır. Bu qərarın ABŞ-Türkiyə münasibətlərinə ifrat mənfi təsir etməyəcəyi də deyilir.

Belə deyil. Qərar Türkiyədə antiamerikanist mövqeləri daha da gücləndirəcək, Türkiyənin Rusiya, Çin və İranla, habelə Avropa Birliyi ilə əlaqələrini daha da intensivləşdirəcək.

Ankaranın çox sərt reaksiyası, elə o səviyyədə də cavab addımları qaçılmaz ehtimal təsiri bağışlayır.

ABŞ-ın özünə gəldikdə isə, əgər 296 saylı qətnaməni Senat təsdiqləyərsə, sonra da ABŞ prezidenti Donald Tramp imzalayarsa (Trampın veto hüququndan yararlanacağı və bundan da Türkiyəyə təzyiq edərək yeni "siyasi alver"ə başlayacağı şübhəsizdir), Birləşmiş Ştatlardakı ermənilər nə edə bilər?

İlk əvvəl, ABŞ-dakı erməni diaspor təşkilatları bu ölkədəki türklərin və azərbaycanlıların geniş təbliğat kampaniyaları keçirmələrinə "qanun çərçivəsində" mane olmağa çalışacaq, problemlər yaradacaqlar.

Presedentlər artıq var.

Məsələn, Kaliforniya ştatındakı Oklend şəhər limanı Türkiyənin lobbinqi ilə məşğul olan Dik Cefardt ilə yeni müqavilə imzalamaqlan boyun qaçırıb.

Erməni Martin Harutyunyan isə "New-York Life Insurance" sığorta şirkətini məhkəməyə verərək, "soyqırımda qətlə yetirilmiş ulu babası və qohumları"na görə yüz milyonlarla dollar məbləğində təzminat istəyib.

ABŞ Senatı qətnaməni qəbul etsə, prezident Donald Tramp imzalasa belə, sənəd deklarativ xarakterlidir. Bu səbəbdən də ermənilər Türkiyəyə qarşı iqtisadi, maliyyə, siyasi və ərazi iddiaları ilə çıxış etmək üçün artıq hərəkətə keçməyə hazırlaşırlar.

ABŞ-dakı erməni diaspor təşkilatları artıq bəyan ediblər ki, əgər Donald Tramp sənədi imzalasa, Haaqadakı BMT-nin Beynəlxalq Məhkəməsinə (International Court of Justice, İCJ) təzminat iddiaları ilə üz tutacaqlar.

Ermənilərin sərsəm və absurd təzminat iddialarının məcmusu isə belədir:

1. "Türkiyə rəsmi qaydada qondarma "erməni soyqırımı"nı tanımalıdır".

2. "Türkiyə 1915-ci ildə ölkədə qətlə yetirilmiş və ya sürgün olunmuş ermənilərin mülklərinin hamısını və bank hesablarını 104 ildə yığılmış faizlər də nəzərə almaqla varislərinə qaytarmalı, həmin məbləğlərin 100 (!) misli miqdarında təzminat da ödəməlidir".

3. "Türkiyənin şimal-şərq hissəsindəki ərazilərin böyük qismi "Qərbi Ermənistan" olduğundan, Ermənistana verilməli, yaxud orada Erməni Muxtariyyəti yaradılmalı, yaxud Qərbi Ermənistan Respublikası yaradılmalıdır və bu, "BMT Nizamnaməsinə uyğun olaraq ermənilər arasında səsvermə yolu ilə müəyyən olunmalıdır".

4. "Ərazi məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır".

5. "Türkiyə təzminat qismində ilkin dönəmdə ermənilərə 350 milyard dollar ödəməlidir".

6. "Türkiyə öz sərhədləri daxilində erməni muxtariyyətinin yaradılması ilə razılaşmayacağından Qərbi Ermənistan Respublikasının yaradılması üçün artıq gərəkli işlərə başlanmalıdır".

7. "İlkin mərhələdən sonra, 54 ilə hesablanmış ikinci və üçüncü mərhələlərdə Türkiyə ermənilərə 670 milyard dollar məbləğində təzminat ödəməlidir".

Bunlar ermənilərin arzularıdır. Yəni Türkiyədən qarşı toplam olaraq 1,1 trilyon dollarlıq təzminat istəyi və Türkiyənin şimal-şərq hissəsində yeni "erməni dövləti"ni qurmaq arzusu.

İddialar şizofrenik olsa da, erməni diaspor təşkilatları hazırda onları geniş şəkildə, aktiv müzakirə edirlər.

Türkiyənin bu sərsəmliyi rədd etdiyi və bundan sonra əsla qəbul etməyəcəyi bəlli.

Eyni zamanda, dünyanın aparıcı dövlətləri, xüsusilə də Avropa Birliyi, Çin, Hindistan, ABŞ və Rusiya ermənilərin iddialarını dəstəkləməyəcəklər. Çünki Türiyəyə qarşı həyasız şantaj tipli belə "qətnamə siyasəti"nin aktivləşməsi Ankaranın ABŞ ilə münasibətlərinin daha da radikallaşmasına səbəb olacaq.

Ön və Kiçik Asiya ilə yanaşı, Yaxın Şərqdə və Cənubi Qafqazda həddən ziyadə ciddi təsir imkanlarına sahib, dünya geosiyasətində önəmli güclərdən olan Türkiyə həm də NATO-da Almaniyadan sonra 2-ci, qlobal miqyasda isə 5-ci ən güclü orduya malikdir.

Türkiyəni qıcıqlandırmaq mümkündür. Türkiyə ilə geosiyasi oyun da oynayırlar.

Lakin Türkiyəni aşağılamaq, heçə saymaq, zəif bilmək olmaz.

Cəhd edənlər nəsiblərini həmişə alıblar.

Bunu ermənilərlə onları dəstəkləyənlər əsla unutmasınlar.

ABŞ Konqresinin Nümayəndələr Palatasının qərarı aşkar siyasi populizmdir. Siyasətçilər tarixi olayla bağlı, sadəcə, mövqe bildirə bilərlər. Heç bir siyasətçinin tarixdə yaşandığı və ya yaşanmadığı iddia olunan hadisə ilə bağlı qərar verməyə, sadəcə, haqqı yoxdur.

BMT Nizamnaməsi, beynəlxalq hüquq, anlaşmalar və razılaşmalar bir məqamı konkret deyir: tarixdəki hadisə ilə bağlı iddia yalnız və yalnız məhkəmə qərarından sonra müzakirə oluna bilər.

Qondarma "erməni soyqırımı" ilə bağlı qərar açıq-aşkar şəkildə Türkiyəyə təzyiq etmək cəhdidir.

Azərbaycan Türkiyənin yanındadır. Həmişə belə olub, belədir və belə olacaq.

Elçin Alıoğlu
Milli.Az

Şərh yaz:

43 Şərh:

  • Anonim
    _ · 30 Oktyabr 14:50150

    Türkiyə erməniləri deport etməyə başlamalıdır.

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 30 Oktyabr 15:00190

    Allahın lənəti olsun ermənilərin üzərinə.bu köpək uşağı 3 cü dünya müharıbəsinin səbəbkarı olalacaqlar.qırılmasalar düzələn deyillər.böyük dövlət başçıları da bir sıra maraqlara görə bu dğaların,şərəfsizlərin,kardaşyanların əlində oyuncaq olublar.plana baxın(arzuları ürəklərində qalsın)qondarma soyqırımı tanıtmaq,milyardlar ədə etmək və bu milyardlarla dənizdən dənizə,üstəlik digər ərazi planlarını həyata keçirmək....əsl faşizm,Hitler ideologiyası.Dünya niyə bu planları göz görə görə sakit izləyir...bir şeyi unutmayaq:TÜRKÜN TÜRKDƏN BAŞQA QARDAŞI YOXDUR.HƏMİŞƏ YANINDAYIQ DOĞMA TÜRKİYƏ.BİZ BİR YERDƏ HƏLƏ ÇOXLARINA QALİB GƏLƏCƏYİK.UĞURLAR BİZƏ....

    Cavab yaz
  • Anonim
    ?! · 30 Oktyabr 15:02170

    Türkiyədə erməni qalmamalıdır. Türkün türkdən başqa dostu yoxdur

    Cavab yaz
  • Anonim
    mamuska · 30 Oktyabr 15:12131

    indiye qeder ,,ermeni soyqirirmi,,ile santaj olunan Turkiye Xocali soyqirimini taniya bilmeyib.cunki qarsisina cox sedler qoyulurdu.amma eger senat ve dovlet seviyyesinde tam tesdiq olunarsa,onda Turkiye de Xocali soyqirimini tanimalidir. bundan elave Incirlik bazasinda olan butun NATO ve Amerika birlesmelerini cixartmali,artiq Avraziyada ozune muttefiqler tapib ozune desteyi artirmalidir.axir zamanlar elbette ki,Azerbaycanin apardigi geosiyasi politikanin xeyrine Turkiye Rusiya ve Iranla munasibetlerini xeyli yaxsilasdirib.bir nece gun bundan once Qosulmama Herekatinin da Azerbaycanda kecirilmesi hec de sebebsiz qalmadi.yeni dediyim odur ki,artiq regionda dovletler birleserek oz ittifaqlarini yaratmalidirlar,nece ki,Avropa birleserek /Ingiltere,Italiya,Ispaniya,Fransa,Almaniya/ oz ittifaqlarini qurmuslar. ermenilere geldikde ise artiq onlarin da tarixi Azerbaycan torpaqlarindan qovulmaq vaxtlari coxdan catmisdir.ermeni de toretdiyi qetliyamlarin hesabini vermeye borcludur.

    Cavab yaz
    • Anonim
      @. · 30 Oktyabr 15:26610

      maraqlıdır ee.. deyirəm Meksika Xocalı soyqırımını tanıyıb amma Türkiyə hələ də yox...?

      Cavab yaz
  • Anonim
    Veteran · 30 Oktyabr 15:21150

    Turkiye ve Azerbaycan bir millet iki dovlet olaraq ermenisiz Turkiye ve ermenisiz Azerbaycan siyaseti yurutmelidir.

    Cavab yaz
  • Anonim
    mamuska · 30 Oktyabr 15:3181

    bu yaxinlarda adi yadimdan cixib,uzurlu sayin,cunki o qeder melumar var ki,hamisini detallariyla yadda saxlamaq mumkun olmur-hansisa bir politoloqun yazdigi meqaleni oxudum...orda ermeni bayraginin renglerinin menasi aciqlanirdi -qirmizi,goy,sari-yeni gunes doganda qirmizi rengde,batanda ise sari rengde olur...yeni bu ermeniler gun cixandan gun batana erazilere tamah salib torpaq iddiasindadirlar.ve bunun ucun de onlar tarixen oz qadinlarini ve qizlarini diger dovletlerin memurlarina peskes elemekden de utanmirlar.bele murdar,pozgun,rezil millet Yer uzunun lekesidir.bunu butun Dunya bilir ve susur.cunki qarsisindaki ermeninin nece heyasiz mexluq oldugunu bilir.

    Cavab yaz
    • Anonim
      % · 30 Oktyabr 15:5210

      və həm də onlara kömək etmək istəyir...

      Cavab yaz
  • Anonim
    M · 30 Oktyabr 15:3235

    ABŞ gec-tez ermeni soyqırımını da,Xocalı soyqırımını da tanıyacaq,bu qaçılmazdır.

    Cavab yaz
    • Anonim
      % · 30 Oktyabr 15:49136

      erməni soyqırımı yalandır, ABŞ onu tanımamalıdır!!!!!!!!

      Cavab yaz
      • Anonim
        M · 30 Oktyabr 15:5515

        burda ermeni yoxdu.öz aranızda semimi olun,bu ancaq sizin xeyrinize olar.deyen yoxduki gedin keçin ermenilerin terefine.

        Cavab yaz
      • Anonim
        % · 30 Oktyabr 15:5693

        ABŞ ARTIQ 30 İLDİR Kİ XOCALI SOYQIRIMINİ BU ŞƏKİLDƏ TANIMALI İDİ!!!!!

        Cavab yaz
      • Anonim
        mamuska · 30 Oktyabr 20:1493

        deyesen aramizda ermeni coxdur,gor ne qeder dislayk geldi.kimdir o ermeni soyqirimini taniyanlar...ya sozun megzini basa dusmeyibler,ya da ermeni kokenli mexluqlar var aramizda...yeni bu sirr deyil ki,Azerbaycanda 30min ermeni yasayir,hal-hazirda da basqa soyadla gelib burda ev almaga baslayiblar.

        Cavab yaz
        • Anonim
          M · 30 Oktyabr 22:0214

          güneşi,ayı,bir de heqiqeti davamlı gizli saxlamaq olmaz!

          Cavab yaz
  • Anonim
    ALEKS❤ · 30 Oktyabr 15:37108

    Bu xəbəri eşidənnən sakit dura bilmirəm,əsəb sarsıntısı keçirirəm...düşünürəm hər bir türk bu an mənim vəziyyətimdədi.bu xırda məsələ deyil.bütün TÜRK DÜNYASI ,SÜLHSEVƏR DÜNYA DÖVLƏTLƏRİ bu məsələyə öz etirazlarını bildirməlidi.bütün qlobal internet saytları,sosial media və s...öz sözlərini deməlidi.yoxsa gec olacaq.Dünyada ERMƏNİ FAŞİZMİ adlı bir tüğyan var,bu tüğyanın qarşısı alınmalıdı.bu məsələdə bütün dünya bir birinə dəstək olmalıdı.dəstək olmayanın sabahı təhlükə altındadı.görün nə qədər qudurublarki konqresmenləri ölümlə hədələyirlər...Dünya birliyi BMT,AVROPA ŞURASI,BEYNƏLXALQ HÜQUQİ TƏŞKİLATLAR,LOBBİ TƏŞKİLATLARI.....SUSMASINLAR.BU ƏDALƏTSİZ,ƏSASSIZ QƏRARA YOX DESİNLƏR....

    Cavab yaz
    • Anonim
      Veteran · 30 Oktyabr 15:57110

      Men deyerdim ki, dunyada ermeni adli bir virus dolasmaqdadi. Butun dunya birlesib bu virusu mehv etmelidir. Yoxsa bu virus her yana yayilaraq butun dunyani mehv eder.

      Cavab yaz
  • Anonim
    Oxucu · 30 Oktyabr 15:4672

    indi nə olacaq deyəndə, əgər ABŞ "soyqırımı" tanısa, Türkiyə Rusiya ilə dostlaşacaq, Amerika ilə siyasi - iqtisadi əlaqələrini kəsəcək, ola bilsin ki diplomatik əlaqəni də (Səfirliklər), İşidlə və digər terrorçularla mübarizədə Türkiyə ilə ABŞ əks mövqedə dayanacaqlar, Türkiyə Avropayla iqtisadi dövriyyəsini artıracaq, NATO-da mövqeyini gücləndirəcək və s. Maddi təzminat kəsilərsə ödəməyəcək. Ermənilərin təcrübəsi bizə də şans yaradır - Xocalı soyqırımıza görə Ermənistanı eyni qaydada məhkəməyə verib Xocalı şəhidlərinin bütün varislərinə milyonlarla dollar təzminat tələb etmək lazımdır!

    Cavab yaz
    • Anonim
      mamuska · 30 Oktyabr 20:3013

      is de orasindadir ki,artiq Turkiyenin NATO-da qalib,qalmamaq sohbeti gedir,amma regionda Turkiyenin ordusu en guclu ordu kimi qeyd olunduguna gore hele ki,tehdidler var.ABS ise NATO-ya yardimini keseceyi ile hedeleyir.eger bu yardim kesilerse onda NATO-nun saxlanmasi bir az cetin olacaq.bildiyim qederi ile NATO-nun saxlanma xerclerinin boyuk hissesini ABS odeyir.bir ara Tramp NATO Avropanin qosun novu oldugunu ve niye mehz biz de o qosun novune xerc cekmeliyik demisdi.sadece burda guc dovletlerinin Amerikadan asililigi sohbeti var.indiki veziyyetde Turkiye Rusiya, Cin,Iran,Pakistan,Yaponiya ile elaqelerini mohkemlendire bilse ABS-in sanksiyalarindan adini sadaladigim dovletlerin her biri cixa biler.amma inanmiram ki,Tramp Turkiyeni elinden versin,yeqin ki,veto huququndan istifade edib senedi geri qaytaracaq.cunki ele agilsizligin hansi fesadlara yol acacagini ozu de derk edir.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Oktyabr 15:58110

    Gözlentili bir hadisedi teeccüblü hec ne yoxdu Amerika, Fransa, İngiltere hele Rusiyada taniyacaq. Onlar Ermeninin destekleyenlerdi hemise .Turkiye avtobus yolunda baqlamalidi bütün ermenini de cixartmalidi Olkesinden.. yalniz buu vessalam.Bunu etse heqieten men Turkiyyeye qardas deyerem .

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 30 Oktyabr 16:1094

    Görəsən bu həmrəylik məsələsində bizləri ,,dislayk,,edənlərin və ya edənin milliyəti nədi?ermənidi?yoxsa dayısı ermənidi?...belə çıxır də.yoxsa damarında türk qanı olan bunu etməz.belələrinə cavab üçün dəstək olaq.

    Cavab yaz
    • Anonim
      F · 31 Oktyabr 12:1462

      He, qardash, ya maldilar, ya da ermeni...

      Cavab yaz
  • Anonim
    M · 30 Oktyabr 16:1026

    Türkiye ermeni soyqırımının tanınmasından qorxmur,buna çoxdan hazırdı.panika yersizdi.

    Cavab yaz
  • Anonim
    asi · 30 Oktyabr 16:1673

    Bu çaqqalların qondarma soyqım gününü dünyanın çirkabdan az da olsa, təmizləndiyi gün kimi qəbul etmək lazımdı..

    Cavab yaz
  • Anonim
    f · 30 Oktyabr 16:32213

    normaldi/coxdan taninmali idi

    Cavab yaz
    • Anonim
      Maqa · 1 Noyabr 02:0620

      Aramızda erməniyə çalışan adını Azərbaycanlı deyə nə qədər şərəfsiz qeyrətsiz insanlar varmış.

      Cavab yaz
  • Anonim
    Fikret · 30 Oktyabr 16:3671

    Ermeniler hec kese lazim deyil, sadece olaraq Rusiya onlardan tezyiq vasitesi kimi Azerbaycana qarsi, Amerika Turkiyeye qarsi istifade edir.Hansi dovlet Turkiyeye tezyiq etmek isteyir tez bir zamanda ermeni soyqirimi meselesi hemin dovletin parlamentinde muzakireye cixir.Halbuki birinci olaraq bu meseleni deputatlar yox tarixciler hell etmelidirler.Edaletsiz dunya...

    Cavab yaz
  • Anonim
    Oxucu · 30 Oktyabr 17:5691

    Ne olmalidir ki, eger adimizi Türk dünyasi qoymusuqsa yatmamaliyiq. ABS Hindularin kökünü kesib bu soyqirim deyil meyem? Suriyada 300 min insani bombalayib qiriblar bu soy qirim deyil meyem, iraqda 200 min insani qirdilar bu soyqirim deyil meyem? Digasever Fransuzlar milyonlarla insani kolonializm devrinde cenubda qirdilar bu soy qirim deyl meyem? Almaniya 6 milyon yehudini qirib bu bes nece. Bu imerialistlerin qetliamlari coxdur, yatmayin ey türkler yoxsa sonra gec olacaq!!! Adimizi Türk qoyub heremiz bir küncde cekilib dururuq. Bu Avropaya ABS zada tüpürmek lazimdir, onlardan bize haray olmayib ve olmayacaq! Rusiya ve Cinle yola gelerek onlarla yaxinlasaraq bu qerbi cökdürmek lazimdir, yoxsa ki belece basimiza qapaz vuraraq boynumuza hele cox soyqrimlar qoyacaqlar!

    Cavab yaz
    • Anonim
      F · 31 Oktyabr 12:1611

      Almanlar soyqirim etdiklerini qebul edibler

      Cavab yaz
  • Anonim
    Haqq · 30 Oktyabr 17:5981

    ABS-in dunyaya hakim olmaq yonunde yurutduyu siyasetin iflasa ugramasi Turkiyenin onun ezeli ve ebedi dusmenleri olan Rusiya ve Iranla isti munasibetler qurmasi ABS-in hakim daireleri hec cur hezm ede bilmemesi sebebinden atilan ugursuz siyasi bir addim.

    Cavab yaz
  • Anonim
    Qayim · 30 Oktyabr 18:5811

    Bu yeni müharibə deməkdir

    Cavab yaz
  • Anonim
    Əli · 30 Oktyabr 19:2940

    Bütün erməniləri Türkiyədən təcili sakit xaric etmək lazımdır.. Bundan artıq Türkiyəyə qarşı daha nə ədalətsizliklər etməlidirlər..? bütün bacardıqlarını bu gün edirlər və sabah ölkəni parçalamağa çalışacaqlar, daxildəki ermənilərın öz "əməyi, payı" olacaq...onların vaxtı ilə bir mahnısı olub:"gün çixacaq, ay çixacq, Maraş ermənistanın olacaq".. Türkiyənin 100 əsası var ki erməniləri xaric etsin və heç kimdən soruşmasın. Bu onun Dovlətin və Millətin həyatı vacib təhlükəsizliyidir! Üstəlik ermənilərin yarısından çoxu orada qeyri leqal yaşayırlar...Hamı yaxşı xatırlayır ki ABŞ-in özündə qeyri leqallara qarşı nə tətbirlər görürlər..

    Cavab yaz
  • Anonim
    ~~~ · 30 Oktyabr 20:1780

    Qondarma "erməni soyqırımının" tanınması həm də sırf Azərbaycanın maraqlarına da böyük bir zərbədir... ermənilər həmişə bizlərə eyni millət kimi baxıb (olduğu kimi) və hətta azərbaycanlılara qarşı soyqırımları törədəndə ermənilər yalan olaraq güya bu günə kimi davam edən "soyqırımların əvəzini çıxırdılar" və dünyaya bunu belə çatdırmaq istəyirdilər.. özlərinə "yazıq" donu geyindirirdilər və onlara inanırdılar.. Yəni bu informasiya müharibəsində bir məğlubiyyətdir, ona gərə də BUNUNLA BARIŞMAQ OLMAZ! Tarixi saxtalaşdırırlar! Haqq ədalət bərpa olunmalıdır! Yaxşı olardı ki (Dövlət Təhlükəsizliyi məsələsidir) Azərbaycanda bir qanun çıxsın ki Qondarma erməni soyqırımı tanıyan şəxs həbs olunub ömürlük cəzalandırılsın! Xaricdən Azərbaycana daxil olan insan yoxlanılmalıdır və yazılı təstiqləməlidir ki o qondarma erməni soyqırımını tanımır. Əks halda ən azı onun burada işi yoxdur!

    Cavab yaz
  • Anonim
    ƏSİ · 30 Oktyabr 21:2257

    ermənilər Türkiyədə sevilir,şah kimi də yaşayırlar.Erməniləri deport edin deyənlər,yəqin siz türkiyənin özbaşına olduğunu düşünürsünüz.Bir jurnalistin ölüdürülməsilə türkiyəni istədikləri hər şeyə razı salan güclər,ermənilərin telini üfləsələr nələr edərlər.İkinci,hər gün türkçülükdən nutuk atan rəhbərlik öz soy kökünə xəyanət etməz.Onlar belə olacağını bilirdilər...Dünya da hər şeyi gözəl bilir.Sadəcə hər dövlət üçün bir bölücülük siyasəti yürüdülür.Bütün dövlətlər üçün bu belədir.Mənə dünyada tək bir dövlət göstərin ki,öz içində bölünməsin.Zəif olan geridədir,söz haqqı yoxdur,amma o dövlətin içində vardırlar.Lazım gələndə istifadə üçün həmişə də var olacaqlar...

    Cavab yaz
    • Anonim
      Fariz · 30 Oktyabr 22:4072

      Bütün bu şərhlərin icində,ən anlaşılmayanı sizinkidir.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 30 Oktyabr 22:4824

        Ola bilər.Anlaşılsa indi oxuya bilməzdiniz:).Elə də mürəkkəb deyil yazdıqlarım,sadəcə məlumatlı olmaq lazımdır.

        Cavab yaz
        • Anonim
          . · 31 Oktyabr 14:4200

          Burada Türkiyəni yer üzundən silib ayrı ayrı dövlətlər yaradmaq istəyirlər. Türkləri bizim kimi soyqırıma məruz qoymaq istəyirlər. Türkiyəyə böyük nifrət edirlər...

          Cavab yaz
  • Anonim
    Fariz · 30 Oktyabr 23:0471

    Barış Əməliyyatından sonra.güya qisas alır. Oyunları pozuldu axı. Axmağ bir qərardir. Tarixi siyasətə alət etmək. Usağ kimi davranırlar. Qeyri-ciddi ölkənin, qeyri-ciddi hakimiyyəti.

    Cavab yaz
  • Anonim
    Elnur · 31 Oktyabr 00:0454

    Bir gün Nasa rehberi Kennedinin yanina gelib deyir, sovetler kosmosa raket gönderdiler, o da deyir olsun. Növbeti defe deyir ki, sovetler insan gönderdi, cavab yena olsun olur. Bir müddet sonra deyirler ki, sovetler aya enib orani qirmiziya boyayir, kennedi bashin qaldirib deyir, indi siz raket gönderin ve o qirmizinin üzerine coca-cola yazin. Hetta amerika onu qebul etsa bela onun heç bir menasi yoxdur, qaldi ki, ermani ve onlarin burdaki destekçilerine neca esrlerdi içinizde qalib inden belada ela hela da olacaq. Coca-cola çoxdan yazilib.

    Cavab yaz
    • Anonim
      F · 31 Oktyabr 12:1913

      Maraqli idi

      Cavab yaz
    • Anonim
      " · 31 Oktyabr 14:5412

      Axı niyə bu yalanı qəbul etsin ki??????? hə?? Demək ABŞ təhlükəli ölkədir ondan nə istəyirsən gözləmək olar....üstəlik Türkiyənin (Qardaş ölkənin) məhv edilməsi planın ABŞ də ki mövcudluğu barəsində bilirik.. zaman heç nəyi dəyişdirməyib!!!

      Cavab yaz
      • Anonim
        Elnur · 4 Noyabr 13:4100

        14:54 Analitikan fontan vurur.

        Cavab yaz
  • Anonim
    Sadovnik · 2 Noyabr 11:2600

    Azərbaycanlilara qarşi soy qirim olub.Turk onun qarşisini alib.ABŞ in törətdiyi soy qirimi tanimaq lazimdi. Hindulari əsirlər boyu giriblar. Bu gundə musəlmanlari qirirlar öldururlər yurdlarini viran qoyurlar. Turk Rusla muttəfiq olmalidir. Turk dunyasini qurmalidir.Ayri seckilik olmamalidir.Eş olsun özunu turk bilib qururla yaşayan butun Turk dunyasina.

    Cavab yaz
  • Anonim
    Goo · 3 Noyabr 12:5000

    Ermeni hemise alet olub boyuk dovletlerin elinde.Indi de amerika bir alet kimi istifade edir.Bunlarin oluleri de satqindir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.