AXCP-nin troll şəbəkəsi ilə bağlı ŞOK FAKTLAR - 30 "trollbaşı", 400 troll, 6-7 min saxta profil
AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun partiyadaxili trollara qapalı "WhatsApp" qrupu vasitəsilə müraciəti partiyada mövcud olan troll qruplaşmaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Redaksiyamıza daxil olan məlumata görə, AXCP daxilində fəaliyyət göstərən troll şəbəkələri vahid mərkəzdən idarə olunur və hər 15-20 trolldan birinə bir "trollbaşı" təyin olunur. Həmin "trollbaşı"lar partiya funksionerləri, rayon şöbələrinin rəhbərləri və Ali Məclis üzvləri arasından seçilir.
Vaxtaşırı olaraq "trollbaşı"lar AXCP sədri Əli Kərimlinin iştirakı ilə qapalı toplantılarda bir araya gəlir və konkret təlimatlar alırlar. Əsas fəaliyyətləri isə Əli Kərimlinin Feysbuk statuslarına şərh yazmaq, bu statusları paylaşmaq və AXCP əleyhinə yönələn statuslara mənfi şərhlər və təhqirlər yazmaqdır. Ən maraqlısı isə hər bir trollun 20-30 saxta profilinin olması ilə bağlıdır.
Partiyadaxili mənbənin sözlərinə görə, hazırda AXCP-də 30 "trollbaşı", ümumilikdə isə 400-dən artıq troll fəaliyyət göstərir. Ümumilikdə AXCP-nin troll şəbəkəsinə bağlı 6-7 min Feysbuk profili mövcuddur ki, onların əksəriyyəti saxta hesablardır. Əsas fəaliyyətləri saylarını çox göstərmək, guya minlərlə insandan dəstək aldığını nümayiş etdirmək olan troll şəbəkəsi birbaşa Əli Kərimlinin özü tərəfindən idarə olunur.
Mənbəmizin sözlərinə görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının istefası Əli Kərimlinin özü tərəfindən hazırlanmış "siyasi texnologiya"dır: "Selcan Yağmurun məlum status və video müraciətindən sonra Fuad Qəhrəmanlı ilə görüşən Əli Kərimli ona təklif edib ki, istefa versin. Çünki F.Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa versə də, partiyanın Rəyasət Heyətinin və Ali Məclisinin üzvü olaraq fəaliyyətini davam etdirir. Ə.Kərimli keçmiş müavininə söz verib ki, hadisələr sakitləşəndən sonra onu Ali Məclisin sədri qoyacaq. Bu isə partiyada ikinci şəxs deməkdir".
Bu məqamda qeyd edək ki, indiyə qədər müxalifət düşərgəsində, lap elə AXCP-nin özündə də bu cür "istefalar" olub. Etibar Məmmədovun AMİP, Lalə Şövkətin ALP sədrliyindən gedəndən sonra partiya lideri elan edilmələri, İsa Qəmbərin Müsavat başqanı olmamasına baxmayaraq, partiyanın mənzil qərəgahında başqana məxsus otağı zəbt etməsi, bütün iclaslar və tədbirlərdə söz demək hüququnun ona məxsus olması və s. buna bariz misaldır. Vaxtilə ADP-dən istefa verib AXCP-yə transfer etdiyini elan edən Nürəddin Məmmədlinin guya partiyada sıravi üzv olacağını deyən Ə.Kərimli cəmi bir neçə gün sonra onu özünə müavin təyin etdi.
Sonda mənbəmiz qeyd etdi ki, Əli Kərimli partiyadaxili "troll şəbəkəsini" xüsusi vədlərlə nəzarətdə saxlayır. Onlara AXCP-nin iqtidara gələcəyi təqdirdə yüksək vəzifələr, həbsə düşəcəkləri təqdirdə ailələrinə maddi yardımlar ediləcəyi, adlarının "siyasi məhbuslar"ın siyahısına salınacağı və gələcəkdə Avropa dövlətlərində siyasi mühacirət almaları üçün şərait yaradılacağı vədi verilir.
Əslində isə AXCP sədri partiya üzvlərinin və trolların həbsə düşməsində xüsusi maraqlıdır. Çünki belə olduğu təqdirdə "vicdan məhbusları"nın ailələrinə maddi yardım adı ilə xaricdən və daxildən maddi yardımlar alır ki, həmin məbləğin əhəmiyyətli hissəsi özü tərəfindən qəsb olunur. Qəpik-quruş isə ömrünü zindanda çürüdən cəbhəçilərin ailələrinə yönəldilir.
Aslan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum edən şəxsin görüntüləri ortaya çıxdı - (Video)
-
Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır - Siyahı
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)





