Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 42-ci növbəti sessiyasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bəyanatı yayılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, BAMF prezidenti Umud Mirzəyev bəyanatda Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin hüquqlarının BMT İnsan Hüquqları Şurası tərəfindən təsbit olunmadığını bildirib. O, insan hüquqlarının qorunması mexanizmlərinin qaçqın və məcburi köçkünlərin hüquqlarına şamil olunmadığını və bunun təcavüzkar dövlətin mövqeyini gücləndirdiyini bəyan edib.
Bəyanatda deyilir:
"Azərbaycan son 27 ildə bir milyon 200 mindən çox qaçqın və məcburi köçkünün hüquqlarının haqsız olaraq məhəl qoyulmadığı və insan hüquqlarına dair mövcud mexanizmlər çərçivəsində nəzərə alınmadığı bir vəziyyətlə üzləşib.
Qonşu Ermənistan tərəfindən Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi nəticəsində insanların zor gücünə öz doğma yurd yuvalarından didərgin düşməsinə gətirib çıxarıb. İndiyə qədər bu insanlar doğma torpaqlarına qayıda bilmirlər. Artıq ikinci bir nəsil məcburi köçkün status ilə yaşamaq məcburiyyəti ilə üzləşib.
Bu, Ermənistanın beynəlxalq hüququn bütün prinsiplərinə və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymamasının nəticəsidir.
Bu gün sizinlə müzakirə etdiyimiz insan hüquqlarının qorunması mexanizmləri qaçqın və məcburi köçkünlərin hüquqlarından yan keçir və bu da indiki halda təcavüzkar olan Ermənistanın mövqeyini gücləndirir. İnsanların öz doğma torpaqlarına qayıtmaq hüquqlarını dəstəkləmək və təcavüzkara təzyiq göstərmək həqiqətən mümkünsüzdürmü?
Biz BMT-nin İnsan Hüquqları Şurasını zəruri mexanizmləri işə salmaqla təcavüzkara lazımi təzyiq göstərməyə və hüquqları ciddi şəkildə pozulanları müdafiə etməyə çağırırıq. Anlayışa görə sağolun!"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





