Elmar Məmmədyarov: "Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir"
Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanata əsaslandığını, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadi, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.
İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər vaxtı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio İki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu və Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.
Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyek xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini deyib.
Görüşdə, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk Qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistan və Türkiyə XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi
-
“Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq və qarşılıqlı yardım sahəsində tarixi nailiyyətdir” - Kamaləddin Qafarov
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
-
"Döyüş meydanında ABŞ-yə qalib gəldik, müharibəni bitirməyin vaxtıdır"
XƏBƏR LENTİ
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
-
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirildi
-
İsveçrədə əhalinin sayına limit qoyulması ilə bağlı referendum keçirildi
-
İran hər oyundan sonra ABŞ-ni tərk edəcək?
-
İsrail qırıcıları Beyrutu hədəfə aldı
-
Sezar Henrike "Şamaxı"nı tərk etdi, Ermənistan klubuna keçdi
-
Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB
-
Popoviç: “Rəqib matç boyu təhlükə yaradırdı”
-
Röya üçün özəl gün - FOTO
-
Yağıntılı və dumanlı hava yollarında görünüşü məhdudlaşdıracaq
-
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub
-
Qızıl bahalaşdı
-
Sabahkı hava meteohəssas insanlar üçün əlverişlidir
-
Polis paytaxtda narkokuryer şəbəkəsini ifşa edib
-
ABŞ və İran razılaşmaya bir addım daha yaxınlaşır
-
Sabah şimşək və yağış gözlənilir
-
Pakistan və Türkiyə XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi
-
Avstraliya-Türkiyə matçında “ən yaxşı oyunçu” seçildi
-
La-Manşda əməliyyat: Neft tankeri Britaniya tərəfindən saxlanıldı
-
Daşkəsəndə yol çökdü
-
Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü
-
DİM abituriyentlərə müraciət edib
-
“Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq və qarşılıqlı yardım sahəsində tarixi nailiyyətdir” - Kamaləddin Qafarov
-
Ağdamdakı yanğın söndürüldü - YENİLƏNİB





