AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Tazpit agentliyi arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumuna əsasən tərəflər gündəlik xəbər mübadiləsinə başlayıblar.
Milli.Az xəbər verir ki, İsrail agentliyi son günlər öz saytında AZƏRTAC-ın təqdim etdiyi bir neçə materialı yerləşdirib. Bu materialların biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr barədədir. Digər informasiyada isə israilli oxuculara Azərbaycanın son illər neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, "Əsrin müqaviləsi"nin 25 illik nəticələri haqqında məlumat çatdırılır.
Oktyabrda Bakıda ilk dəfə dünyanın ən böyük hackathonu - "NASA Space Apps Challenge" keçiriləcək. İki gün davam edəcək müsabiqədə iştirakçılar öz təcrübə və biliklərini bölüşməklə yanaşı, innovativ məhsul yaratmaq imkanı qazanacaqlar. Tazpit öz saytında AZƏRTAC-ın bununla bağlı informasiyasını da təqdim edib.
AZƏRTAC da öz növbəsində, israilli həmkarlarının təqdim etdikləri materiallara saytında yer ayırıb. "İsrail və Azərbaycan arasındakı strateji əməkdaşlıq inkişaf etməkdədir" sərlövhəli məqalə ölkələrimiz arasında 1992-ci ildə əsası qoyulmuş və daim genişlənən strateji əməkdaşlıq əlaqələrindən bəhs edir. Ticarət dövriyyəsinə, turizm və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf göstəricilərinə diqqət çəkən müəllif, həmçinin Azərbaycanda yəhudilərə bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə edir. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş Naziri Benyamin Netanyahunun ölkələrimizin strateji əməkdaşlığının əhəmiyyəti, xalqlarımızın tarixi dostluğu barədə fikirlərinə geniş yer ayrılıb.
Agentliyin digər informasiyası ölkə həyatında çox mühüm hadisə - İsrail parlamentinə təkrar seçkilər haqqındadır. Seçkilərin yekunlarına əsasən, Knessetin tərkibi müəyyənləşəcək, eyni zamanda, hökumət koalisiyası formalaşdırılacaq və Baş Nazir təyin olunacaq.
İsrailli həmkarlarımızın təqdim etdikləri daha bir xəbərdə isə bu ölkə yanğınsödürənlərinin Amazonda meşə yanğınlarının söndürülməsində Braziliyaya köməyi barədə məlumat verilir.
Xatırladaq ki, sentyabrın əvvəlində AZƏRTAC və Tazpit arasında Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Agentliklərin rəhbərləri Aslan Aslanov və Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsini, kadr hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





