Deputat: "Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb"
Son 20 ildə Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib: "Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb".
N.Həmzəyev vurğulayıb ki, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri hər iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu: "Dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan sənədlər, o cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə, "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan olub".
Deputat qeyd edib ki, Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla bu ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələr üzrə əlaqələrinin daha da genişləndirilməsində müsbət dinamika müşahidə olunur:
"Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildir ki, səmimi dostluq, etibarlı tərəfdaşlıq əməkdaşlıq əlaqələri movcuddur. Bu illər ərzində iki partiya arasında sıx təmaslar qurulub, qarşılıqlı səfərlər həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illiyi münasibəti ilə YAP-ın nümayəndə heyəti sentyabrın 11-də Çin Xalq Respublikasına səfər etdi. İşgüzar səfər çərçivəsində keçirilən görüşlər, konfranslar Azərbaycan ilə Çin, eləcə də YAP ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olmasının daha bir təsdiqi oldu".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır





