“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb - FOTO
Bu gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu öz işinə başlayıb.
Milli.Az xəbər verir ki, Aİİ-dən Trend-ə verilən məlumata görə, öncə Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül çələngləri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da ruhu anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
Məlumat üçün bildirək ki, "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu 11-12 iyul 2019-cu il tarixdə keçiriləcək. İki gün sürəcək Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək. Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin Simpoziumda məruzələrlə çıxışları nəzərdə tutulur.
Qeyd edək ki, "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumu ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə Bakıda keçirilib.
İki gün davam edəcək Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək.
Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə - "İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri"; "Qafqazda İslam elmlərinin inkişafı"; "Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı"; "Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu"; "Qafqazda İslamın yayılması"; "Qafqazda multikulturalizm"; "İslam Sivilizasiyası Qafqazda" araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq"; "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu"; "Çar Rusiyasının Qafqazda İslam siyasəti"; "Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu" mövzularında dinləniləcək.
Konfransın materialları kitab şəklində çap olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko





