Azərbaycanın işğal olunmuş ərazilərində bankomat şəbəkəsi üzərindən ödəniş kartlarının qəbulu dayandırılıb
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib. Həmçinin, qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.
Milli.Az bildirir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında "Visa Inc." və "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.
Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.
Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
XƏBƏR LENTİ
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi





