Siyasət

İranın daxili işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

12 Aprel 2010 11:14
Baxış: 159
Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb. Səfər zamanı Nəccarı İranın Gilan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin başçıları, parlament nümayəndələri, DİN-in təhlükəsizlik məsələləri üzrə müavini və Xarici İşlər Nazirliyindən nümayəndələr müşayiət edəcəklər.

Dördgünlük səfəri zamanı İranın daxili işlər naziri Azərbaycanda paytaxt Bakıdan başqa, daha iki rayonda səfərdə olacaq.

İranın daxili işlər nazirinin parlament məsələləri üzrə müavini Mehdi Məhəmmədifər bildirib ki, Nəccar səfər zamanı Azərbaycan Prezidenti, iqtisad və maliyyə nazirləri və özəl sektorun nümayəndələri ilə də görüşlər keçiricək.

Mehdi Məhəmmədifər əlavə edib ki, səfərdə məqsəd iki ölkə arasında iqtisadi, ictimai və mədəniyyət sahələrində özəl sektorda və hökumətlərarası əməkdaşlıqları artırmaqdır. Onun sözlərinə görə, Nəccar yaxın gələcəkdə İraq, Türkmənistan və Qazaxıstana da səfər edəcək.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.