Vüqar Rəhimzadə: "Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar"
"Bu gün Azərbaycan beynəlxalq tədbirlərə, qitəmiqyaslı idman yarışlarına ev sahibliyi edir. Təbii ki, bu amil ölkəmizdə mükəmməl infrastrukturun mövcud olması ilə yanaşı, həyata keçirilən uğurlu siyasət, sabitlik, inkişaf və təhlükəsizliklə bağlıdır. Azərbaycanın malik olduğu bu müsbət dəyərlər onu dünyanın diqqət mərkəzində saxlamaqla yanaşı, beynəlxalq birliyin arzulanan bir üzvünə çevirib. Sözsüz ki, uğurlarımıza sevinənlərlə bərabər, gündən-günə yüksələn imicimizi qaralamağa, ləkələməyə çalışan "qüvvələr" də var. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən bu cür qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Lakin heç vaxt öz istəklərinə çata bilmirlər. Çünki Azərbaycan xalqı və dövləti kifayət qədər tutarlı arqumentlərlə, haqq və həqiqətlərə söykənərək onların cavabını verir və yerində oturdur".
Milli.Az bildirir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, bugünlərdə Bakıda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə "fəallaşan" bu "qüvvələr" yenə köhnə "üsullarla" ara qatmağa, ürək bulandırmağa çalışırlar: "Söhbət "Amnisty İnternational" təşkilatının UEFA Avropa Liqasının final matçının məhz Bakıda keçirilməsini pisləməsində gedir. Təşkilat bu iddiasını Azərbaycanda insan haqlarının durumu ilə əlaqələndirməyə cəhd edir. Hamıya bəllidir ki, "Amnisty İnternational" bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayır, lazım gəldikdə bu üzdəniraq qurumdan "demokratiya", "insan hüquq və azadlıqları" adı altında bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Nə üçün bu təşkilat Avropada baş verən haqsızlıqlara göz yumur, Azərbaycana və bəzi ölkələrə qarşı isə qərəzli, çirkin kampaniya aparır?! Ona görə də sifariş yerinə yetirən, korrupsiyalaşmış "Amnisty İnternational" adlı qurumun demokratiyadan danışmağa haqqı yoxdur".
İdmanın bu şəkildə siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirən "İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu cür "cəhdlərin" qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür





