Siyasət

ABŞ-ın məşhur mərkəzindən Azərbaycana qarşı ŞOK ADDIM

15 May 2019 14:44
0 Şərh     Baxış: 2 503

ABŞ-ın nüfuzlu "The National İnterest" analitik mərkəzi Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə qarşı zidd addım atıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, analitik mərkəzin saytında Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı rejimin "xarici işlər naziri" Masis Mailyanın məqaləsi dərc olunub.

Separatçı nazirin məqaləsi atəşkəs sazişinin 25 illiyinə həsr olunub və təbii ki, Mailyan qondarma rejimi münaqişədə tərəf kimi göstərib.

Bu, münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçilərin missiyasına, o cümlədən beynəlxalq qanunlara zidd davranışdır. Həmçinin, "The National İnterest"in bu addımı ABŞ-Azərbaycan münasibətlərinə də uyğun deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.