Siyasət

Bahar Muradova: "Qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı..."

15 Mart 2019 18:17
Baxış: 847

İşğal edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı əvvəllər ölkəmizi ittiham edən bir çox beynəlxalq təşkilatlar və ölkələr artıq özləri də bu tip problemlərlə bağlı bizim tutduğumuz yoldan, yəni "qara siyahı"ların hazırlanmasından, giriş-çıxışa məhdudiyyətlər tətbiq olunmasından istifadə edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.

Vitse-spikerin sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan düzgün yoldadır:

"Deməli, biz doğru yoldayıq və ona görə də hesab edirəm ki, işimizi bu səpkidə də davam etdirməliyik və ərazilərimizdə qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində yeni hüquqi istiqamətlərdən də istifadə etməliyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.