Araz Əzimov Şimali Atlantika Şurasının iclasında iştirak edib - FOTO
Xarici işlər nazirinin müavini Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının "Qətiyyətli Dəstək" missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir müavini Araz Əzimov 5 dekabrda NATO-nun Şimali Atlantika Şurasının "Qətiyyətli Dəstək" missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.
İclas zamanı NATO müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə etdilər, Əfqanıstanda uzunmüddətli sülh və sabitliyə sadiq olduqlarını ifadə etdilər.
Nazir müavini Araz Əzimov Əfqanıstan üzrə 13-cü Cenevrə Konfransı ilə yanaşı, hazırkı iclasın Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına dəstəyin ifadə edilməsi baxımından növbəti imkan olduğunu bildirdi. O, Azərbaycanın "Qətiyyətli Dəstək" missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrinin davam etdiriləcəyini vurğuladı.
Nazir müavini Araz Əzimov Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Azərbaycanın dəstəyini bir daha ifadə etdi.
Xarici işlər nazirinin müavini Araz Əzimov NATO Mənzil Qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin müavini Rouz Qotemöller ilə görüş keçirib.
Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan və NATO arasında Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan bəhs edilib və əldə olunan nailiyyətlərin əhəmiyyəti qeyd olunub.
Nazir müavini Araz Əzimov Azərbaycanın Alyans ilə müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.
NATO Baş katibinin müavini Azərbaycanın NATO-nun rəhbərliyi altında aparılan "Qətiyyətli Dəstək" missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib. O, Əfqanıstanda sülh və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





