Siyasət

"Siz çox kobud, yaramaz insansınız" - Tramp hirsləndi - VİDEO - FOTO

8 Noyabr 2018 12:38
1 Şərh     Baxış: 1 623

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında CNN-nin reportyoru Cim Akostanın suallarına cavab verməkdən imtina edib.

Milli.Az The Guardian-a istinadən bildirir ki, mətbuat konfransı əsnasında Akosta prezidentə Mərkəzi Amerika ölkələrindən ABŞ sərhədlərinə doğru hərəkət edən minlərlə miqrant barədə sual verib: "Cənab prezident, siz bu karvanı ölkəmizə müdaxilə adlandırırsınız. Miqrantlar sərhədlərimizdən yüzlərlə kilometr aralıdadır".

Tramp sinirlənib və belə cavab verib: "Bəli, o karvan müdaxilə cəhdidir və miqrantların da qarşısı alınacaq. İmkan verin mən ölkəni idarə etməklə məşğul olum, siz də CNN-də işləyin. Əgər yaxşı işləsəydiniz, CNN-nin reytinqləri daha yüksək olardı".

Bundan sonra Akosta bir neçə dəfə sual verməyə çalışsa da, Tramp dəfələrlə "Bəsdir!" deyib.

Lakin C.Akosta sakitləşməyib: "Prezident seçkilərinə Rusiyanın müdaxiləsi ehtimalı ilə bağlı aparılan təhqiqatdan narahatsınız? Mümkün nəticələr sizi qayğılandırır?"

Tramp daha da hirslənib.

"Mən qətiyyən narahat deyiləm. Sizin kimi əməkdaşının olduğuna görə CNN xəcalət çəkməlidir. Siz kobud, yaramaz insansınız. CNN yalan, feyk məlumatlar yayırsa, xalqın düşmənidir", - ABŞ prezidenti söyləyib.

Bundan sonra mikrofon NBC-nin reportyoru Piter Aleksandra keçib və o, Akosta barədə deyib: "Akosta ilə birlikdə çox səfərdə olmuşam. O, vicdanlı, peşəkar reportyordur".

Trampın cavabı belə olub: "Əslidə, NBC-ni də bəyənmirəm. Siz də feyk xəbərlər yayırsınız".

Cim Akosta dünən Ağ Evə daxil olanda mühafizə xidmətinin zabiti onu buraxmayıb. Zabit jurnalistdən buraxılış vəsiqəsini alıb. Beləliklə, Akosta Ağ Evdə akkreditasiyadan məhrum olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cim Akostanın dünən Ağ Evə daxil olanda mühafizə xidmətinin zabiti buraxmayıb.  buraxılış vəsiqəsini alıb

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tənqidçi · 8 Noyabr 13:2920

    Rəhmətlik Nəsibə Xanım demişkən düz söz adamı yandırır axı :-)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.