"Paşinyana Dağlıq Qarabağda kiçik qələbə sevincli müharibə lazımdır".
"Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra ardıcıl uğursuzluğa düçar olur. İndi o, hakimiyyətdə qalmaq üçün siyasi oyunları naminə hər şeyə əl atmağa hazırdır. Bu baxımdan ona Dağlıq Qarabağda hansısa 1-2 uğurlu hərbi əməliyyat və kiçik qələbə sevincli müharibə lazımdır. Lakin onda heç nə alınmayacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı ən yüksək səviyyədədir. Bunu təkcə biz yox, bütün dünya deyir. Son 3 ayda Bakıda keçirilən 2 parad da bunu bir daha göstərir və sübut edir".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan tanınmış polkovnik Konstantin Manuxin Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanı müharibəyə təhrik edə biləcək bəyanatlarına münasibətində bildirib.
Azərbaycan ordusu möcüzələr yarada bilər - Polkovnik Manuxin
Cəbhə bölgəsində ermənilərin son illər fəaliyyətini təhlil etsək, görərik ki, bunlar əsasən kəşfiyyat xarakterli olub. Onların kiçik kəşfiyyat-diversiya qrupları guya Azərbaycan tərəfini qorxutmaq üçün nəsə etməyə çalışıblar. Lakin bu çox gülüncdür, Azərbaycan ordusunu qorxutmaq olmaz. Hətta bu barədə düşünməyə belə dəyməz, nəinki qorxub çəkinməyə... Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri başlayıb. Bu gün Azərbaycan Ordusu əlində olan silah-texnikası və imkanları ilə uzaq planlar qurmur, lakin bununla belə öz torpaqlarını hər an azad etmək istəyi hər zaman var. Özü də bütün səviyyələrdə buna hazırdır".
İndi Azərbaycana əsas lazımdır - Tanrının bir qismətidir ki, Paşinyan ağılsız addım atsa...
Sentyabrın 12-də Bakıda ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və rəsmi Bakı ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. "Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".
İlkin İzzət
Milli.Az