Dünya

Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlandı

26 May 2024 10:40
Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qeyd olunub ki, güclü yağışlar nəticəsində yol ciddi zədələnib, sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunur.

Eyni zamanda Debed çayı məcrasından çıxaraq Alaverdi kəndindən olan evlərin həyət və zirzəmisini basıb. Vurğulanıb ki, hazırda kənd sakinləri evlərini tərk edə bilmirlər.

"Rusiya Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu" İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə hərəkət edən qatarların hərəkətini baş verən torpaq sürüşməsi səbəbindən ləğv edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.