Siyasət
Qüdrət Həsənquliyev: “Müxalifətin taleyi parlament seçkisindən asılıdır”
30 Mart 2010 17:43
Baxış: 241
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Partiyanın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Qüdrət Həsənquliyev bu ilki seçkiləri müxalifətin taleyi baxımından çox önəmli hesab edir: "İndi Azərbaycanda iqtidarla heç bir məsələdə razılaşmayan, iqtidarın istefasını tələb edən müxalifət partiyaları var. Eyni zamanda hakimiyyətlə əməkdaşlıq edən, problemlərin həllini konstruktiv müxalifətçilikdə, islahatlarda görən müxalifət partiyaları fəaliyyət göstərir. Məhz bu seçkidən sonra bilinəcək ki, Azərbaycan xalqı hansı tip müxalifəti dəstəkləyir. Radikal, yoxsa konstruktiv müxalifəti ana müxalifət kimi görmək istəyir. Bu seçkilər bütövlükdə konstruktiv müxalifətin, konstruktiv düşüncənin taleyini həll edəcək. Seçkidən sonra bilinəcək ki, hakimiyyətə real alternativ olaraq Azərbaycan siyasətində kim qalır. Təkamül yolu ilə ölkənin problemlərinin həll olunmasını, siyasi proseslərin inkişafını, islahatlar yolu ilə inkişafı istəyən qüvvələr, yoxsa radikal müxalifət. Bizim partiyanın da daxil olduğu konstruktiv müxalifət partiyaları ciddi naliyyət əldə edə bilməsələr, bələdiyyə seçkisinin təkrarı baş versə, Azərbaycan siyasətində iqtidar və onun istefasını tələb edən qüvvələr qalacaq".
Qüdrət Həsənquliyev hesab edir ki, bu bədbin ehtimalları nəzərə alan konstruktiv müxalifət partiyaları bu barədə ciddi düşünməlidirlər: "Çalışmalıyıq ki, biz Azərbaycanı gözləyən mənfi nəticələrdən sığortalaya bilək. Bir sözlə söylədiyim məqamlar nəzərə alınmaqla parlament seçkisi konstruktiv müxalifət partiyaları üçün həddindən artıq önəmlidir. Ən azı konstruktiv müxalifətin parlamentdə fraksiya ilə təmsil olunmaq cəhdlərinin nəticə verməməsi mənfi nəticələr doğura bilər".
BAXCP sədri Mərkəzi Seçki Komissiyasının tam tərkibdə formalaşdırılması ilə bağlı məsələyə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, parlament seçkilərinə qısa müddət qalmasına baxmayaraq, MSK-da üç həlledici komissiya üzvünün yeri boş qalır: "Bildiyiniz kimi MSK sədrinin müavini Svetlana Qasımova vəfat edib. Digər iki yerdən biri qanunla deputatları parlamentdə azlıq təşkil edən siyasi partiyalar üçün nəzərdə tutulub. Boş qalan digər həlledici səs hüquqlu komissiya üzvü yeri isə bitərəflərlə razılaşdırılmalıdır. Seçkilər Məcəlləsinin tələbləri qanunun hüquqi məntiqinə və fəlsəfəsinə uyğun şəkildə təmin edilməlidir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da deputatları parlamentdə azlıq təşkil edən siyasi təşkilatdır, müxalifət partiyasıdır. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyasında BAXCP-nin təmsilçiliyi partiyanın həm hüquqi, həm də mənəvi haqqıdır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Əli Əsədov yeni qərar imzaladı
-
İlham Əliyev "FIFA U-15 World Cup"ın Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb
-
Prezident onu İstanbula yeni baş konsul təyin etdi
-
Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb
-
Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb
XƏBƏR LENTİ
-
Tərəvəzləri sirkəli suda saxlayanların nəzərinə!
-
Təzə balığı necə seçmək olar?
-
Qarpızı hansı aylara qədər yemək məsləhətdir?
-
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
-
Yuxunu qaçıran qidalar: Gecələr bunları yemək məsləhət görülmür
-
Bu göyərti yüksək təzyiqin qarşısını alır
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
-
“Alnım açıq, başım dik” - Sıladan açıqlama
-
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
-
Karyerasında uğur qazanacaq bürclər
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq
-
Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz - Tramp
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu