31 mart Soyrımının ildönümü Avropanın bir sıra ölkələrində qeyd edilib
2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı Səfirliyində anım mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Səfirliyin əməkdaşları ilə yanaşı Serbiyada, o cümlədən Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin nümayəndələri və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov çıxış edərək ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımın tarixindən bəhs edib, tədbir iştirakçılarına Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilərin kütləvi surətdə tarixi Azərbaycan torpaqlarına köçürülməsi və bu ərazilərdə erməni dövlətinin yaradılması üzrə aparılan planlı fəaliyyət, 1905-1907-ci illərdə və 1918-ci ilin aprel-mart aylarında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, evlərindən didərgin salınması, onların əsrlər boyu yaşadıqları hazırki Ermənistan ərazisindən 1948-1953-cü illərdə deportasiyası, soyqırıma məruz qalması, 1988-ci ildə xalqımıza qarşı başlanmış təcavüz nəticəsində bir milyondan çox soydaşımızın Ermənistan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər rayonlarımızdan zorla qovulması, törətdikləri vəhşiliklər və Xocalı soyqırımı barədə geniş məlumat verib.
31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyəti, onun xalqımızın mili şüurunda və özünü dərk etməsində xüsusi rol oynadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Prezident cənab İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn tədbirlərin erməni-bolşevik silahlı dəstələri tərəfindən 100 il əvvəl azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında mühüm ictimai-siyasi əhəmiyyət daşıdığı vurğulanıb.
Bununla yanaşı, tədbirdə Azərbaycanın dilbər guşələrindən olan, mühüm strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümü xatırlanaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra uzun müddət düşmənə qarşı şücaətlə döyüşən mərd oğulların göstərdikləri qəhrəmanlıqlara baxmayaraq 2-3 aprel 1993-cü ildə Kəlbəcərin işğal olunduğu, nəticədə 511 nəfərin həlak olduğu, 321 nəfərin itkin düşdüyü və ya girov götürüldüyü, işğal nəticəsində şəhər mərkəzinin, 150-yə yaxın kəndin, həmçinin onlarla tarixi mədəniyyət abidəsinin, bir tarix muzeyinin və sanatoriyaların xarabazara çevrildiyi, beynəlxalq hüquqa, BMT və ATƏT-in norma və prinsiplərinə zidd olaraq tarixi Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən bugünə qədər işğal altında saxlandığı qeyd edilib.
1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın Monteneqroda, eləcə də Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliklərində də anım tədbirləri keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)





