EXPO 2025 ev sahibi olacaq şəhərə və sakinlərinə nə vəd edir? - MÜSAHİBƏ
Osaka, Yekaterinburq və ya Bakıda keçirilməsindən asılı olmayaraq EXPO 2025 qəbul edən şəhərə, onun sakinlərinə və qonaqlarına uzunmüddətli təsir göstərəcək.
Milli.Az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Sərgilər Bürosunun (Bureau International des Expositions, BIE) baş katibi Visente Qonsales Lossertales deyib.
O bildirib: "Qəbul edən şəhər üçün EXPO 2025 şəhər mühitinin transformasiyasına təkan verəcək, eləcə də infrastrukturun inkişafına, şəhərin rayonlarının canlanmasına xidmət edəcək ki, bu da bütün vətəndaşlar üçün səmərəli olacaq. Tikinti, planlaşdırma, turizm və yeni sahələrin inkişafı sayəsində EXPO yüz minlərlə yeni iş yeri yaratmağa imkan verəcək və həm tədbirdən əvvəl, həm də sonra regional inkişafı stimullaşdıracaq".
EXPO 2025-in qonaqları və yerli sakinlərə gəldikdə isə baş katib bildirib ki, bu tədbir təkcə millətlərin birliyi deyil, həm də zəruri dialoq keçirmək imkanıdır.
EXPO təşkilatçısı üçün əsas çətinkliklər
V.Q.Lossertales qeyd edib ki, EXPO-nun təşkil olunması zamanı qarşıya çıxan bir çox çətinliklər arasında mühüm əhəmiyyət kəsb edən mövzunun seçilməsi və hazırlanmasıdır:
"Cəlbedici mövzu seçməklə və bu mövzuya innovasiyalarla əsaslanmaqla EXPO öz yaradıcı gücünü nümayiş etdirir. Ona görə də əsas məsələ bəşəriyyət qarşısında dayanan çağırışlara toxunan mövzunun hazırlanmasındadır".
EXPO-nun təşkilində vacib amillər
Baş katib qeyd edib ki, qəbul edən tərəf beynəlxalq iştirakı yüksək səviyyədə təmin etməlidir:
"Qəbul edən tərəf beynəlxalq iştirakçıları öz seçiminə uyğun dəvət edir, ölkələr isə öz məqsəd və prioritetlərinə uyğun olaraq EXPO-da iştirak edib-etməyəcəyi barədə qərar verir. Sərginin mövzusu iştirakçıların öz pavilyonlarını yaratmasının əsas meyarlarındandır. Ona görə də mövzunun hazırlanması və onun aktuallığı bir çox ölkə üçün böyük əhəmiyyət daşıyır".
Onun fikrincə, sərgidə iştirak etmək qərarının qəbul olunmasında vacib amillərdən biri də qəbul edən tərəflə digər ölkələr arasındakı ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni əlaqələrdir.
V.Q.Lossertales onu da əlavə edib ki, daha bir amil sərgidə iştirak etməyin dəyəridir. O vurğulayıb ki, digər amillərlə yanaşı, qəbul edən tərəfin beynəlxalq iştirakçılarla inklüziv sərginin yaradılması üçün sıx əməkdaşlığı vacibdir.
Turizmin inkişafında EXPO-nun rolu
Baş katib bildirib ki, EXPO-nun keçirilməsi turizmin inkişafı üçün vacib tramplindir:
"EXPO altı ayadək davam edən qlobal meqa-hadisə olaraq on milyonlarla ziyarətçi cəlb edir, bununla da yerli biznesin inkişafına kömək edir və gələcək turist axınına təkan verir. EXPO-nun yaratdığı cəlbedicilik, şəhərin imicinə təsiri, eləcə də bu tədbir üçün yaradılmış obyektlərin işi uzunmüddətli perpsektivdə turizm sektorunun inkişafına xidmət edir. EXPO ilə bağlı infrastruktura qoyulan investisiyalar şəhərin inkişafına böyük töhfə verir. Bundan başqa, EXPO şəhərin brendləşməsində mühüm rol oynayır və qəbul edən şəhərin beynəlxalq istirahət və işgüzar səfərlər məntəqəsi kimi formalaşmasına xidmət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - Canlı
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - Canlı
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Böyükşor yolunda ağır qəza
-
Kürdəmirdə kişi arvadını telefonla döydü
-
Zəfər Günümüz Kolumbiyada: Azərbaycanın tarixi Qələbəsi Boqotada təbliğ edilir (Foto)
-
Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü - (Video)
-
Türkiyənin məşhur aktyorlarının gənclik görüntüləri gündəm oldu – İllər onları necə dəyişib? - (Foto)
-
Əcnəbinin Azərbaycan mahnısını ifası diqqət çəkdi – "Zəfər Günü"nü belə qeyd etdilər - (Video)
-
Zəfər Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb (Foto)
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
-
Yaponiyada güclü zəlzələ
-
Dünya çempionumuz evləndi (Fotolar)
-
"Komedixana"nın aktrisasının 10 il əvvəlki görünüşü – (Foto)





