Siyasət

Prezident seçkilərində 4 təşkilat “exit-poll” keçirəcək - SİYAHI - YENİLƏNİB

24 Mart 2018 14:45
Baxış: 990

14:45

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

"Exit-poll" keçirəcək təşkilatlar "Els" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə) və Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə).

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

-----------
12:08

4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.