14:45
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
"Exit-poll" keçirəcək təşkilatlar "Els" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə) və Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə).
Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.
-----------
12:08
4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.
MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
Milli.Az