Ermənistan məngənədə - Azərbaycanın hərbi gücünün artması ciddi narahatlıq doğurur
Azərbaycan artıq uzun illərdir ki, onlarla dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə müxtəlif səviyyələrdə hərbi və hərbi-texniki əməkdaşlıq edir və bu əməkdaşlığın miqyası və coğrafiyası getdikcə genişlənir. Lakin ölkəmizin hərbi əlaqələrinin genişlənməsindən ciddi narahatlıq keçirənlər də var. Xüsusən, Ermənistan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əlaqələrinin güclənməsindən və bu formata İranın da qoşula biləcəyindən qorxur. Təsadüfi deyil ki, erməni KİV-ləri Azərbaycanın qonşu ölkələrlə hərbi əməkdaşlığını genişləndirməsini rəsmi Bakının Ermənistanın blokadasının gücləndirməsinə cəhd kimi qələmə verirlər.

Qeyd edək ki, fevral ayında İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində İran nümayəndə heyəti Bakıda Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlər keçirib, hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirələr aparııb.

Bir neçə gün əvvəl isə Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycanda oldu və həmkarı general-polkovnik Zakir Həsənovla görüşdü. Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalandı. Müzakirələrdə, həmçinin hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparılması və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.

O da məlumdur ki, Azərbaycan müstəqilliyinin elə ilk günlərindən Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurub və və bu fonda iki ölkə arasında çox sıx hərbi əməkdaşlıq mövcuddur. İki ölkənin silahlı qüvvələrinin müxtəlif təyinatlı bölmələri birgə təlimlərdə iştirak edir, təhsil və təcrübə mübadiləsi proqramları həyata keçirir. Və bu əlaqələr hər ötən gün, ay, il getdikcə dərinləşir.

Azərbaycan, həmçinin Rusiya, Ukrayna, Belarusla da hərbi və hərbi-texniki əməkdaşlığını genişləndirir. Məqsəd isə ölkəmizin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının və döyüş qabiliyyətinin yaxşılaşdırılması, kadr potensialının daha da artırılmasıdır.

O zaman Ermənistan Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığını genişləndirməsindən niyə bu qədər narahatdır? Məsələ ilə bağlı yaranmış hərbi-siyasi vəziyyəti Milli.Az-a şərh edən veteran hərbçi, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib:

"Bəli, bu gün Azərbaycan Silahlı Qüvvələrinin qonşu dövlətlərin orduları ilə əməkdaşlığı var. Amma bu siyahı təkcə qonşu dövlətlərlə məhdudlaşmır, daha geniş miqyasa malikdir. Türkiyə, Gürcüstan, İran qonşularımızdır və bizim onlarla ümumi sərhədlərimiz var. Eləcə də Rusiya ilə çox sıx əlaqələrimiz var. Bu ölkələrlə bizim birgə hərbi təlimlərimiz keçirilir, hərbi təhsil proqramları çərçivəsində mütəxəssislər hazırlanır, təcrübə mübadiləsi aparılır. Amma Azərbaycanın siyasəti bütün dövlətlərlə sülh platformasından çıxış edir. Bunu dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib. Ona görə də Azərbaycanın hər hansı digər dövlətlə hərbi əməkdaşlığı üçüncü dövlətə qarşı yönəlməyib".

Ermənistanın narahatlığına gəlincə, hərbi ekspert hesab edir ki, bu təbiidir: "Amma onlar ona görə narahat olmur ki, Ermənistan bundan blokadaya düşə bilər, xeyr. Onlar bu gün Azərbaycan Silahlı Qüvvələrinin necə inkişaf etdiyini, gücləndiyini, necə peşəkar səviyyəyə qalxdığını görürlər. Ermənilər Azərbaycan ordusunun keçirdiyi təlimlərdən də narahat olurlar. Səbəb isə odur ki, onlar yaxşı bilirlər ki, ordumuz gücləndikcə, təkmilləşdikcə bir o qədər öz torpaqlarını işğaldan azad etməkdə israrlı və imkanlı olacaq. Bütün bunların fonunda Ermənistan tərəfi onları gözləyən aqibətə görə narahatdır. Bu narahatçılığa son qoymağın isə bircə düzgün yolu var. O da Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından, Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkilməsidir".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





