Siyasət

ATƏT-in jurnalında Dağlıq Qarabağ mövzusu

26 Mart 2010 20:08
Baxış: 187
Bu barədə ATƏT-in rəsmi məlumatında bildirilir.

Şərq ilə Qərbi birləşdirən ölkə və ATƏT-də sədrlik edən ilk Mərkəzi Asiya ölkələrindən biri kimi Qazaxıstan körpüləri ucaltmaq və bu nüfuzlu təşkilatın birliyini təsdiqləmək üçün unikal imkanlara malikdir", - Qazaxıstan Respublikasının ATƏT-dəki daimi nümayəndəsi Kayrat Əbdrəhmanov müqəddimədə yazır.

Ermənistan - Azərbaycan - Dağlıq Qarabaq münaqişəsi buraxılışda işıqlandırılan mövzulardan biri olub. ATƏT sədrinin Dağlıq Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi Piter Ki ilə müsahibədə münaqişə zonasında təşkilatın birbaşa fəaliyyəti təsvir edilib. Bu fəaliyyət inamın möhkəmləndirilməsinə, insan həyatına son qoymaqda davam edən yubadılmış münaqişənin dinc həlli yollarının axtarışı üzrə dialoqa yardım məqsədilə həyata keçirilir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Nəticədə Dağlıq Qarabağ və ona bitişik 7 rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə atəşkəs rejimi əldə ediblər. Lakin uğursuz sülh danışıqları hələ də davam edir.

Daimi Şuranın keçmiş sədri, Yunanıstanın ATƏT-dəki səfiri Mara Marinaki jurnalın buraxılışında ötən ilin nailiyyətini vurğulayıb; bu, Кorfu prosesinin başlanması, Avropa təhlükəsizliyi üzrə əsas məsələlərə dair müzakirələrlə qeyd olunub. O, ötən ilin dekabrında Afinada Nazirlər Şurasının qəbul etdiyi qərarların əhəmiyyətini virğulayıb.

Jurnalın bu buraxılışında ATƏT-in Ukraynada həyata keçirdiyi işlərdən, o cümlədən, ATƏT tarixində ilk dəfə olaraq zəhərli raket yanacağının ləğvi üzrə layihənin reallaşmasından, Krımda müharibənin partlayış təhlükəli izlərinin ləğvi, həmçinin, son prezident seçkilərini müşahidə üzrə layihələrindən danışılır.

/Trend News/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.