Maraqlı

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır

27 İyul 2026 01:41
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yay istisi insanları sərin məkanlara üz tutmağa məcbur edir. Lakin kondisioner altında uzun müddət qalmaq bəzi insanlar üçün gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, kondisionerlər havadakı rütubəti azaltdığı üçün otağı sərinləşdirsə də, eyni zamanda dərinin həddindən artıq qurumasına səbəb ola bilər. Həkim Opel Beyker bildirir ki, bunun nəticəsində dəridə quruluq, dartınma hissi və qabıqlanma yarana bilər. Xüsusilə həssas dəriyə sahib insanlar daha diqqətli olmalıdırlar. Quru hava ekzemanın kəskinləşməsinə, eləcə də dodaqlarda ağrılı çatların yaranmasına səbəb ola bilər. Həkimlər kondisionerli otağa daxil olmamışdan əvvəl nəmləndirici krem istifadə etməyi tövsiyə edirlər.

Təkcə dəri deyil, tənəffüs sistemi də zərər görə bilər

Risk yalnız dəri ilə məhdudlaşmır. Həkim Lüsi Huper xəbərdarlıq edir ki, köhnə və ya vaxtında təmizlənməyən kondisionerlər sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Təmizlənməyən filtrlər bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Bu isə ağciyərlərin qıcıqlanmasına və astma tutmalarının yaranmasına səbəb ola bilər.

Uzun müddət soyuq hava axını altında qalmaq təhlükəlidir

Mütəxəssislərin sözlərinə görə, saatlarla birbaşa soyuq hava axını altında oturmaq çox vaxt baş ağrısı, əzələ ağrıları və halsızlıqla nəticələnir. Həkimlər bu narahatlığın əsas səbəblərindən birinin orqanizmin susuz qalması olduğunu bildirirlər.

Həkimlərin tövsiyələri

Mütəxəssislər gün ərzində kifayət qədər su içməyi və evdə istifadə olunan split kondisionerlərin filtrlərinin mütəmadi olaraq peşəkar şəkildə təmizlənməsini məsləhət görürlər. Bu, həm cihazın daha səmərəli işləməsinə, həm də sağlamlığın qorunmasına kömək edir./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.