Bu deyilənləri Ermənistana kim qəbul etdirəcək?
İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır.
"Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənin həlli ilə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin "mərhələli həll" variantını ehtiva edir.

Birincisi, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır.
İkincisi, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməlir. Bu da çox vacib bənddir. Çünki geri qayıdan azərbaycanlılar təhlükəsizliklərinə təminat almalıdırlar.
Üçüncüsü, Hoqland deyib ki, Dağlıq Qarabağa aralıq status verləmilidir. Rəsmi Bakı bu təklifə də etiraz etmir.
Ancaq ən başlıcası amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyənə qədər həll olunmaması məhz bu detalla bağlıdır".
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, amerikalı diplomatın sözlərindən belə başa düşülür ki, o yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir: "Azərbaycan buna etiraz etmir. Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu kimi birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqında danışqmaq olar. Problem ondadır ki, İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır, bu da danışıqları hər zaman dalana dirəyir. İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendumun tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun. Buna isə Azərbaycan heç bir halda razılaşa bilməz. Bu, sonrakı müzakirələrin predmetidir".
Onun fikrincə, amerikalı diplomatın dedikləri maraqlı olsa da, onları ermənilərin qəbul etməsi şübhə doğurur: "Əlbəttə, amerikalı həmsədrin "mərhələli həll" planını dəstəkləməsi sevindirici haldır. Bunu ondan əvvəlki amerikalı həmsədr Ceyms Uorlik də deyirdi. O da bir neçə dəfə söyləmişdi ki, ilkin olaraq işğal altındakı torpaqlar boşaldılmalıdır. Problem ondadır ki, bu deyilənləri İrəvana kim qəbul etdirəcək? Vaşinqton Qarabağ problemi ilə sıx məşğul olmur, Kreml isə "mərhələli həll" planına Ermənistan hakimiyyətinin prizmasından yanaşır".
Ümumiyyətlə, E.Şahinoğlu hesab edir ki, vasitəçilər problemin həllinə lazımınca maraq göstərmirlər: "Bu arada, ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şofer olacaq. O bu işə başlayacaq. Bu illərdə Minsk qrupu həmsədr ölkələrindən onlarla diplomat bu vəzifədə çalışdı, yığışdılar, ildə bir-iki dəfə bölgəyə səfərlər etdilər. Nəticə ortadadır. Əslində bir diplomatın üzərinə düşən missiyanı yerinə yetirı bilməməsi onun karyerasına mənfi təsir etməlidir. Həmsədrlərin içində ən fəalı amerikalı diplomat Metyu Brayza idi, münaqişənin səbəb və nəticələri haqqında son dərəcə bilgili idi, işinə fəal başladı, ancaq o da bacarmadı. Çünki, münaqişənin həllinin sürətləndirilməsi üçün onlar rəhbərlərindən gərəkli lazımi təlimatlar almalıdırlar".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı





