"Beləsinin anası ilə görüşən deyiləm" - Deputat Lapşinə əsəbləşdi
Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən, Rusiya, İsrail, Ukrayna dövlətlərinin vətəndaşlığını daşıyan bloqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycana ekstradisiya olunub.
Bloqer Lapşinin anası Bella Lapşin isə oğlunun bu addımını düşüncəsiz hərəkət kimi qiymətləndirib. Hətta Bella Lapşin bloqçu oğlunun əfv olunması üçün müraciət edib.
Milli.Az xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramovla əlaqə saxlayıb. Deputat bildirib ki, Lapşinin anası görüşmək barədə təklif etsə belə, bundan imtina edəcək.
"Məndə olan məlumata görə, Lapşinin anası bazar günü Bakı reysi ilə Azərbaycana gələcək. İkincisi isə Lapşinin anası ilə niyə görüşməliyəm?! Onun oğlu Azərbaycana qarşı bu cür pis iş görüb. Vətənimi sevməyən, vətənimin qanunlarına hörmət etməyən, ölkəmin suverenliyini tanımaq istəməyən insanın nə anasını, nə atasını, nə də qardaşını qəbul etmək fikrim var. Hətta Lapşinin anası mənimlə görüşmək barədə təklif etsə belə, onunla görüşmərəm. Cənab prezident necə hərəkət edibsə, mən də o cür hərəkət edəcəyəm. 12-13 ildir ki, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində işlər görülməsini təbliğ edirəm. Bu da gəlib mənim vətənimə qarşı bu cür çirkin işlər görür. Lapşinin hansı mənsəbə qulluq etməsi bəlli deyil. Rusiya, İsrail, Ukrayna vətəndaşıdır. 3-4 şəxsiyyət vəsiqəsi ilə dünyanı gəzir. Ona görə də belə adamın anasını qəbul edə bilmərəm".
Yevda Abramov Bella Lapşinin yalvararaq imdad diləməsi məsələsinə də toxunub.
"Lapşinin anasının hərəkəti arxadan atılan daşa bənzəyir. Vaxtında oğlunu tərbiyə etməli idi. O bilməli idi ki, oğlu bloqerdir, adi adam deyil. Hansısa bir alverçiyə bunu bağışlamaq olar, amma dünyada tanınan bloqerə bunu bağışlamaq olmaz. Lapşinin Azərbaycana qaytarılması böyük uğurdur. 2016-cı ilin aprel döyüşlərindən sonra cənab prezidentin apardığı böyük uğurlu siyasətdən biridir. Bu, Azərbaycanın imicini bir daha yüksəltdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





