Siyasət

Roland Kobia: “Biz nümayişlərin əleyhinəyik”

22 Aprel 2011 10:16
Baxış: 155
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia, Prezident İlham Əliyevin gənclərlə görüşünü alqışlayıb. O, bunu ANS-ə müsahibəsində deyib. Avropalı diplomat bir neçə gün əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmasına da münasibət açıqlayıb. O bildirib ki, verdiyi bəyanat sərbəst toplaşma və fikir azadlığı ilə bağlı bəyanat olub: "Avropa İttifaqının bu sahədəki fikri həmişə açıq olub. Avropa İttifaqı sərbəst toplaşma və ifadə azadlığı sahəsində həmişə inkişafın olmasını istəyir. Azərbaycan hökuməti bu bəyanata öz münasibətini bildirmək üçün məni dəvət etdi. Biz nümayişlərin əleyhinəyik, amma insanların fikirlərini bildirmə azadlığının olmasını dəstəkləyirik".

Avropalı diplomat deyib ki, insanlar öz aralarında həmişə dialoq qurmalıdır: "Burada fikir ayrılıqları, razılaşmamalar ola bilər. Ancaq əsas odur ki, bu dialoq qurulsun və hər iki tərəf öz fikirlərini ifadə edə bilsin. Bu normal bir haldır. Biz Azərbaycanın daha yaxşı ölkə olmaq istiqamətində göstərdiyi səyləri dəstəkləyirik. Misal üçün, mən bu gün ilk dəfə eşitdim ki, dövlət başçısı fəal gənclərlə görüşüb. Bununla da gənclərlə yüksək səviyyədə bir dialoq başlanacaq. Bunгn baş verməsi isə gözəl bir haldır və yaxşı jestdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.